Accessibility links

AirAsia təyyarəsinin pilot qasırğadan yayınmağa cəhd göstərən zaman qəzaya uğradığına inanılır


İndoneziyada dalğıclar ötən ay Yava dənizinə düşərək 162 nəfərin ölümünə səbəb olan AirAsiya laynerinin hər iki qara qutusunu aşkar edib.

Dalğıclar pilot kabinəsindəki ikinci qara qutunun yerini müəyyən etdikdən sonra onu səhər sudan çıxara bilib.

Cakartada təhlil edildikdən sonra qara qutular dekabrın 28-i Airasiya təyyarəsinin qəzaya uğramasının səbəblərinə aydınlıq gətirə bilər.

Təhqiqatçılar pilotun qasırğadan yayınmağa cəhd göstərən zaman təyyarənin qəzaya uğradığına inanır.

Airbus Yava dənizi üzərində olarkən radardan itib.

Laynerdə 162 sərnişin olub. İndiyədək 48 cəsəd aşkar edilib.

Rəsmilər laynerin okeanın səthində görünən böyük hissələrinin ətrafında daha da çox cəsəd aşkar edəcəklərinə ümid edir.

Hadisə zamanı sağ qalan olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Türkiyədə yanğınlar 3-cü gündür davam edir
please wait

No media source currently available

0:00 0:10:32 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG