Accessibility links

İndoneziyada gəmidə yanğın nəticəsində 23 nəfər həlak olub


İndoneziya rəsmilərinin verdiyi məlumata görə, 200 nəfəri paytaxt Cakartanın şimalındakı adaya aparan gəmidə baş verən yanğın nəticəsində ən azı 23 nəfər həlak olub.

Sərnişin gəmisində yanğın gəmi Muara Angke limanını tərk edəndən bir neçə dəqiqə sonra başlayıb. Sərnişinlər Cakartadan 50 kilometr şimalıda yerləşən Tidunq adasına gedirdi. Bu barədə məlumatı bu gün Fövqəladə Hallar Nazirliyinin sözçüsü Sutopo Purvo Nuqroho verib. Ada həm də populyar turist məkan kimi tanınır.

Kabinədən güclü tüstü havaya qalxmağa başladı. Bütün sərnişinlər təşviş içərisində ehtiyat xilasedici qayıqlar olan göyərtəyə qaçırdılar. Digər mərtəbədə isə alov böyüyərək artıq yanacağın saxlandığı anbara çatırdı.
Hadisə şahidi

Ölənlərlə yanaşı 12 nəfərin yaralandığı, digər 12 nəfərin isə itkin düşdüyü bildirilir.

Rəsmilərin MetroTV-yə verdiyi məlumata görə, yanğın gəminin yarısından çoxuna yayılıb.

Hadisədən sağ qurtarmış Ardi adlı sərnişin Reuters xəbər agentliyinə gəmidə oğlu ilə səfər etdiyini bildirib: "Kabinədən güclü tüstü havaya qalxmağa başladı. Bütün sərnişinlər təşviş içərisində ehtiyat xilasedici qayıqlar olan göyərtəyə qaçırdılar. Digər mərtəbədə isə alov böyüyərək artıq yanacağın saxlandığı anbara çatırdı".

Ardi hadisədən sonra Cakartadakı hospitala yerləşdirilənlər arasında olub.

Gəmi nəqliyyatı İndoneziyada populyardır. 250 milyondan çox insan arxipelaqlararası gəmi nəqliyatından istifadə etsə də, təhlükəsizlik aşağı səviyyədə olması vaxtaşırı insidentlərə səbəb olur.

XS
SM
MD
LG