Accessibility links

İndoneziyada İŞİD-ə müxalifət artmaqdadır


Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada İŞİD-ə müxalifət artmaqdadır.

Son rəy sorğularına görə, indoneziyalıların böyük əksəriyyəti qrup haqda mənfi rəyə malikdir.

1350 respondentin iştirak etdiyi sorğuların nəticəsinə görə, 66 faizindən çoxu İŞİD barədə məlumata malikdir.

İŞİD barədə məlumata malik olan 66.4 faizin 90 faizi İŞİD-i ölkələrinə hədə hesab etdiyini bildirib.

Rəyi soruşulanların 92.9 faizi qrupun İndoneziyada yasaqlanmasının tərəfdarıdır.

İki il əvvəl Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğularda indoneziyalıların 79 faizi İŞİD-in əleyhinə olmuşdu. Yalnız 4 faiz qrupa dəstək vermişdi.

2016-cı ildə İndoneziyanın paytaxtı Cakartada bomba və silahlı hücumların məsuliyyətini İslam Dövləti üzərinə götürmüşdü. Hücumlar zamanı 4-ü yaraqlı olmaqla, 8 nəfər həlak olmuşdu.

Sorğular əhalisinin əsas hissəsini müsəlmanların təşkil etdiyi 11 ölkədə keçirilmişdi.

XS
SM
MD
LG