İndoneziyanın anti-terror zabitləri İslamçı militant olmaqda şübhəli bilinən üç nəfərə atəş açaraq, öldürüb. Polisin bildirdiyinə görə, hadisə şənbə günü Mərkəzi Yava adasının Yoqyakarya şəhərində baş verib.
Milli polisin sözçüsü Məhəmməd İqbal deyib ki, elit hissədən olan zabitlər “iti və odlu silahlarla hücuma məruz qaldıqdan sonra” şübhəlilərə atəş açıblar.
Zabitlərin ikisi müxtəlif dərəcəli xəsarətlər alıb. Polis hücum edənlərdən tapancaları və maçeteləri müsadirə edib.
İqbal bəyanatında deyib ki, hücum edənlər Cemaah Anşarut Daulah adlı təşkilatın üzvləri olmaqda şübhəli bilinirlər. Bu təşkilat ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısında olan və İslam Dövlətinə simpatiyasını ifadə etmiş yüzlərlə təşkilatlardan biridir.
Müsəlman çoxluğu olan Cənub-şərqi Asiya dövlətində son illərdə İslamçı militantların sayı artmaqdadır. May ayında Surubaya şəhərində intiharçı bomba hücumu nəticəsində təxminən 30 adam həlak olub. Bu hücum ölkədə son 10 ilin ən böyük terror hadisə idi.