ABŞ dövlət başçısı Barak Obama İndoniya prezidenti Coko Vidodonu Ağ Evdə qəbul edib. Görüşün gündəmində iqlim dəyişikliyi məsələləri və Cənubi Çin Dənizin ticari və dəniz əməkdaşlığı məsələləri olub.
Vidodo son 10 ildə ABŞ-a səfər edən ilk İndoneziya prezidentidir. O, keçən il hakimiyyətə gələn zaman dünyanın ən çox müsəlman əhalisi olan ölkəsində dəyişikliklər vədi versə də, onun başlıca üzləşdiyi problem iqtisadi cətinliklərdir.
İndoneziya lideri Amerika investorlarının ölkəsinə yatırım qoymasını çalışır. 250 milyon əhalisi olan ölkənin cəmi 17 faizinin internetə çıxışı var və İndoneziya internet imkanı göstəricisinə görə dünyada sonuncu yerlərdən birini tutur. ABŞ-a 5 günlük səfəri zamanı cənab Vidodo Vaşinqton və San Fransiskoda biznes lderləri, fond rəhbərləri və texnologiya şirkətlərinin icarçı direktorları ilə görüşməyi planlaşdırır.
Ağ Ev bildirib ki, uşaqlığında 5 il İndoneziyada yaşayan Barak Obama həmkarı ilə hərbi və dəniz donanması məsələlərini müzakirə edib.
Siyasi kursunu ABŞ və Çin arasında balanslaşdıran İndoneziya Pekinin Cənubi Çin Dənizindəki iddialarından narahatdır. Vidodonun Vaşinqtondan İndoneziyanın sahil sərhədlərinin mühafizəsini gücləndirmək üçün kömək istəyəcəyi gözlənilir.