İndoneziya rəsmiləri AirAsia təyyarəsinin qara qutusundan yeni siqnallar əldə edildiyini bildirib. Qara qutunun təyyarənin qalıqları arasında ilişib qaldığına inanılır.
Dünən təyyarənin arxa hissəsinin Yava dənizindən çıxarılmasına baxmayaraq, qara qutu tapılmamışdı. Səs və ucuş məlumatını toplayan qara qutu təyyarənin arxa hissəsində yerləşir.
Qutunun aşkarlanması dekabrın 28-də 162 şərnişinli təyyarənin qəzasının səbəbinin müəyyən edilməsi üçün əsas faktordur.
Axtarış komandaları cümə günü 30 mertlik dərinlikdən qara qutunun siqnallarını almışdı.
Airbus 320 Yava dənizinin şimalında radardan itmişdi. Surabayadan Sinqapura istiqamət alan təyyarənin şərnişinlərinin yalnız 48-nin cəsədi aşkar edilib.