Accessibility links

İndoneziyada spirtli içkidən zəhərlənmə səbəbi ilə 82 nəfər ölüb


İndoneziya polisi spirtli içkidən zəhərlənərək ölənlərin sayının 82-yə çatdığını, buna görə də qeyri-qanuni spirtli içki istehsalçılarına qarşı təzyiqlərin artdığını bildirib.

Polisin dediyinə görə, spirtli içkilərin tərkibi metanol və təmiz spirtdən ibarət olub.

Polis eləcə də Cakarta və qonşu Qərbi Cava vilayətindəki qurbanların istifadə etdiyi bəzi toksik spirtli içkiləri nümayiş etdirib.

Məlumatda 7 nəfər şübhəlinin həbs edildiyi, qaçan 2 nəfərin isə axtarışda olduğu deyilib.

Ölkədə spirtli içkilər səbəbi ilə ölüm hallarının tez-tez baş verdiyi, lakin son göstəricinin daha yüksək olduğu bildirilib.

XS
SM
MD
LG