Accessibility links

İndoneziya terrora qarşı mübarizə səylərini artırır


İndoneziya dövlət orqanları bildirir ki, onlar polis postuna qarşı hücum hazırlamaqda şübhəli bilinən iki yaraqlını Milad Bayramı günü atışma zamanı öldürüləndən sonra terrora qarşı daha çox mübarizə əməliyyatları planlaşdırırlar.

Ən son hücum planının qarşısı polis iki militantı gizləndikləri yerə qədər təqib edəndən sonra alınıb. Orada polis onlara soyuq silahlarla hücum etməyə cəhd edən digər iki yaraqlını güllələyib.

Milli polis sözçüsü Rikvanto dörd militantın paytaxt Cakartadan 100 kilometr şərqdə yerləşən Purvakarta ərazisindəki polis postuna hücum planlaşdırdıqlarını deyib.

O bildirib ki, müstəntiqlər planlaşdırılmış hücumla bağlı son həftələr ərzində həbs olunan İŞİD-lə əlaqəli azı 14 şübhəli terrorçudan məlumat almağa çalışır.

Polis hələ də bazar günü qarşısı alınan hücum planında iştirak edən militantların partlayıcı qurğular hazırlayıb-hazırlamadığını müəyyən etməyə çalışırlar.

Şübhəlilər İŞİD-i dətəkləyən Camaah Anşarut Daulah qrupunun üzvləri olub.

XS
SM
MD
LG