Accessibility links

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb


İndoneziyanın Fəlakətlər Agentliyinin bildirdiyinə görə, tərkibində ekipajla birlikdə 188 nəfər olan Lion Air hava yolları şirkətinə məxsus təyyarə Cakartadan qalxdıqdan az sonra dənizə düşüb.

Agentliyin sözçüsü Supoto Purvo Nuqrobo müxbirlərə deyib ki, bir uşaq və iki körpə daxil olmaqla, təyyarədə 181 sərnişin olub.

“Flightradar 24” veb səhifəsinə istinadən yerdən yerli vaxtla səhər saat 6:20-də qalxan Lion Air JT- 610 təyyarəsinin saat 7:20-də daş kömür mədənləri olan regionun paytaxtı Banqka-Belitonq şəhərinə enməyi gözlənilirdi.

Bu, ilk dəfədir ki, yenilənmiş, yanacağa daha çox qənaət edən və çox satılan Boeing 737 MAX qəzaya uğrayır.

Təyyarəni istehsal edən şirkət qəzadan xəbərdar olduğunu və vəziyyəti "yaxından izlədiyini" bildirib.

XS
SM
MD
LG