Accessibility links

İndoneziyada güclü sellər nəticəsində 20 nəfər həyatını itirib


İndoneziyada başlayan leysan yağışlardan sonra torpaq sürüşməsi və daşqınların baş verməsi nəticəsində azı 20 nəfər həyatını itirib.

Rəsmilərin bildirdiyinə görə Yava adasında indiyədək ən güclü daşqınlar baş verib. Su səviyyəsi sürətlə iki metr qalxıb. Adada 16 nəfərin həlak olduğu təsdiqlənib. İtkin düşən səkkiz nəfərin axtarışı isə hələ davam edir.

Qərbi Yava Polis Fəlakət Departamentinin sözçüsü Endah Trisnavati bildirib ki, daşqınlar nəticəsində Cimanuk çayı ətrafında yerləşən təxminən beş və ya altı vilayətə zərər dəyib.

“Biz 20 nəfərin həlak olduğunu artıq bildirmişik. Onlardan hələlik 15-nin şəxsiyyəti müəyyən edilib. Digər beş nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi isə hələ davam edir,” deyə o bildirib.

Daşqınlar ərazidəki evləri yuyub aparıb, təxminən min nəfər sığınacaqlara yerləşdirilib.

Rəsmilər sakinlərə İndoneziyanın La Nina adlanan təbii fəlakətlə qarşılaşdığını və güclü yağışlarların və fəlakətin miyqasının arta bilməsi ehtimalının gözlənildiyi barədə xəbərdarlıq edib.

İyun ayında baş vermiş buna bənzər yağışlar adanın insanların ən sız məskunlaşdığı Mərkəzi Yava vilayətində daşqınlara səbəb olmuşdu. Təbii fəlakət nəticəsində 50 nəfər həyatını itirmişdi.

XS
SM
MD
LG