Accessibility links

İndoneziyanın paytaxtında atəşfəşanlıq fabrikində yanğın baş verib


Cümə günü təhqiqatçılar İndoneziyanın paytaxtı yaxınlığında atəşfəşanlıq fabrikində bir gün əvvəl azı 47 nəfərin ölümünə səbəb olan yanğının səbəblərini araşdırır.

Təhqiqatçılar yanmış binanın dağıntıları arasından keçərək partlayışla nəticələnən yanğının səbəbini araşdırıb.

Xilasedicilər rəsmilərə yanğının fabrikin qurutma hissəsində, artıq hazır atəşfəşanların qurudulduğu yerdə başladığını bildirib. Bu atəşfəşanların əksəriyyəti bölgələrə göndərilərək satılmazdan əvvəl günəş istisi altında qurudulur.

Rəsmilər eyni zamanda orada çalışan işçilərin bəzilərinin azyaşlı işçilər olması ehtimalını araşdırır.

XS
SM
MD
LG