Accessibility links

İndoneziyada vulkan püskürüb


İndoneziyanın turist adası Balidə Aqunq vulkanı püskürüb. Bazar ertəsi axşam saatlarında baş verən təbii fəlakətdən sonra insanlar daha təhlükəsiz ərazilərə evakuasiya edilib.
Püskürmədən sonra səmada böyük kül və tüstü dumanı yaranıb. Dağın yamacları boyunca aşağı doğru axan lava səbəbindən Bancar Qalihdə yaşayan 700 nəfər Katanq Asemə ərazisinə təxliyə edilib.

''Vulkanın hazırkı vəziyyəti qeyri-stabildir. Fəaliyyət yüksək səviyyədə qalır və daha yüksək püskürmə ola biləcəyindən narahatıq. Son 12 saatda üç dəfə püskürmə, 13 dəfə vulkan külü emissiyası, iki dəfə isə vulkanik tezlikli zəlzələ qeydə alınıb.'' - deyə, vulkanoloq Devi Kamil Sahbana bildirib.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Keçən həftə Aqunq dağında baş verən kül püskürməsi səbəbindən Bali beynəlxalq aeroportu yarım günlük bağlanıb və onminlərlə insanın səyahətində problem yaranıb.

XS
SM
MD
LG