Accessibility links

İndoneziya zəlzələsində ölənlərin sayı artır


İndoneziyanın kurort adasında bazar günü baş vermiş güclü zəlzələ zamanı 131 nəfərin öldüyü təsdiq olunub. Bu barədə ölkənin Təbii Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü hadisənin nəticələri ilə bağlı çərşənbə günü verdiyi açıqlamada qeyd edib.

Axtarış və xilasetmə qrupları 6,9 bal gücündə zəlzələnin baş verdiyi Lombok və yaxınlığındakı adaların şimalında yerləşən təcrid olunmuş ərazilərə çatdıqca ölənlərin sayı da artıb.

Avqustun 6-da baş verən zəlzələdən sonra təxminən 156 000-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb.

Evakuasiya əsasən Lombok yaxınlığındakı Gilinın üç kiçik adasına aparılır.

Keçən həftə Lombokdakı 6.4 bal gücündə zəlzələ 17 nəfərin ölümünə səbəb olub, minlərlə evə ziyan vurub.

XS
SM
MD
LG