Adətən qlobal istilik deyəndə insanların ağlına karbon dioksid gəlir. Karbon dioksik istiliyi yer kürəsinə geri əks etdirən istixana qazıdır və müxtəlif iqlim dəyişikliklərinə səbəb olur. Lakin buna səbəb olan başqa daha zərərli bir qaz var ki, bu qazın yaranmasının əsas səbəbkarları inəklərdir. Meksikalı alimlər isə orada yetişdirilən inəklərin buraxdığı metanı azaltmağın yolunu aşkar etdiklərinə inanır.
Mal-qara metanın təxminən 95 faizini atmosferə nəfəs verməklə buraxır…Biz də metan emissiyalarını müəyyən etmək üçün bu heyvanın nəfəsini toplamağa çalışmışıq.Stefani Hernandez
Xüsusi olaraq düzəldilmiş cihazdan isifadə edərək, Meksikanın Avtonom Universistetinin alimləri inəyin pəhrizinin metanın yaranmasına təsirlərini araşdırırlar.
“Mal-qara metanın təxminən 95 faizini atmosferə nəfəs verməklə buraxır…Biz də metan emissiyalarını müəyyən etmək üçün bu heyvanın nəfəsini toplamağa çalışmışıq”, deyə elmi işçi Stefani Hernandez bildirir.
Dünyada 1,3 -1,5 milyard inəyin olduğu təxmin edilir. Hər il onların hər biri 120 kiloqram metan buraxır. Metanın isə Yek kürəsinin atmosferinə mənfi təsiri karbon dioksiddən 23 dəfə daha çoxdur. Atfosferə buraxılandan sonra metan orada 10-15 il qalır.
“Əgər metan emissiyalarını azalda bilsək, o zaman onun iqlim dəyişikliyinə təsirini də azalda bilərik", deyə Mal-qara və Ətraf Mühit Laboratoriyasından Oktavio Kastelan bildirir.
İnəklərin enerji mənbəyi olaraq buraxdıqları metanı tutmaq isə qeyri-praktikdir. Atmosferə buraxılan bu qazı azaltmağın yeganə yolu isə mal-qaranın yemini dəyişməkdir.
Əgər metan emissiyalarını azalda bilsək, o zaman onun iqlim dəyişikliyinə təsirini də azalda bilərik.Oktavio Kastelan
“Başqa ölkələrdə alimlər fərqli bitki və kimyəvi kompenentləri sınaqdan keçirirlər, amma sonra onların bura gətirilməsi çox baha və çətin olacaq”, Katelan deyir.
Tədqiqatçılar heyvanlar üçün Meksikada yetişən iki qida mənbəyinin süd və ət istehsalına mənfi təsiri olmadan metanı azaltdığını aşkar ediblər. Bunlar leusena ağaclarının yarpaqları və kosmos bitkisinin gülləridir.
Əslində onlar leusena yarpaqlarının südün keyfiyyətini artırdığını da aşkar ediblər. Bu isə meksikalı fermerləri bu iki bitkini yetişdirməyə və mal-qaranın yemini dəyişməyə həvəsləndirə bilər.