Accessibility links

Ürək-damar xəstəlikləri 2020-ci ildə iki dəfə artacaq [Video]


Ürək xəstəlikləri
please wait

No media source currently available

0:00 0:01:55 0:00
Ürək xəstəlikləri
please wait

No media source currently available

0:00 0:01:55 0:00


Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, ürək-damar xəstəlikləri aşağı və orta gəlirli ölkələrdə hədsiz dərəcədə artıb. Təşkilatın hesabatında deyilir ki, buna səbəb bacterial və parazit infeksiyalarıdır.

Ümumdünya Səhiyyə Təşkilatı infartk və iflicə yol açan əsas amil olan ürək-damar xəstəliklərinin 2020-ci ildə iki dəfə artacağını proqnozlaşdırır. Ekspertlər tək artıq çəki, yüksək qan təzyiqi, tütün və ya alkogol deyil, infeksion xəstəliklərin də risk faktoru olduğunu deyir. “

Sabin Vaksin İnstitutunun prezidenti Hotez vərəmin ürək xəstəliklərinin səbəbi ola biləcəyini deyir. Onun dediyinə görə, ürək-damar xəstəliklərinə parazitlər də yol aça bilər. Məsələn şistosomoz və ya sifilis kimi xəstəliklər. “Spesifik tropic xəstəliklər hər bir ölkədə fərqli ola bilər. Məsələn, Latın Amerikasının yoxsul bölgələrində ürək xəstəliklərinin əsas göstəricisi şaqasadır. Bu, ürəkdə yaşayan parazıtdir. Bu kimi xəsliklərərə qarşı keyfiyyətli dərmanlar azdır.”

Anakor farmakologiya şərkətinin əməkdaşı Erik İsom deyir ki, dərmanlar var, lakin onlar olduqca köhnədir. “Bu dərmanlardan heyvanlar üçün çox işlədilıir. Toksik və köhnə dərmanlara bədən müqavimət göstərir.”

Onun dediyinə görə, yeni dərmanların istehsalı üçün kifayət qədər maraq yoxdur.
Lakin tropic xəstəliklərə nəzarət ürək xəstəliklərinin yol açdığı ölüm hallarını azalda bilər.

Ekspertlərin fikrincə, unikal risk faktorları nəzərə alınsa, ürək xəstəliklərinin effektiv müalicəsi mümkün ola bilər.
XS
SM
MD
LG