Accessibility links

Azərbaycanda Mikro-Təqaüd Proqramının illik konfransı keçirilib


Amerika bayraqları
Amerika bayraqları

Konfransda yüzdən çox müəllim və tələbə iştirak edib. İngilis dilinin öyrənilməsini ehtiva edən proqramı Amerika Dövlət Departamenti maliyyələşdirir

Sentyabrın 7-də Bakı Slavyan Universitetində ABŞ Səfirliyinin İngilis Dilinin Öyrənilməsi üzrə Mikro-Təqaüd Proqramı (EAMP) illik konfransını keçirib.

Uğurlu tədris üsulları və dərs nümunələrini təqdim etmək üçün konfrans yüzə yaxın EAMP tələbə və müəllimlərin iştirakını təmin edib. Təqdimat “ABŞ Prezidentləri” mövzusundan “İngilis dili”, Amerika xalq mahnıları” və başqa mövzuları əhatə edib.

Bakıda fəaliyyət göstərən ABŞ-ın Azərbaycandakı Səfirliyi/Dövlət Departamenti tərəfindən maliyyələşdirilən EAMP Proqramı savadlı, lakin maddi cəhətdən imkansız 13-20 yaş arasında olan uşaqlara iki il ərzində məktəbdən kənar təlimat və intensiv dərslər əsasında ingilis dilini öyrənmək imkanını verir.

EAMP tələbələri müxtəlif fəaliyyət növləri vasitəsilə ABŞ-ın mədəni və demokratik dəyərlərinə daha yaxından bələd olurlar. Mədəni fərqlilikləri mənimsəməklə yanaşı bu proqram tələbələrə ingilis dili bacarıqlarını təkmilləşdirmək və əvvəllər əldə edə bilmədikləri imkanlardan maksimum istifadə etmək üçün şərait yaradır.

Tələbələr həmçinin ABŞ-da gələcəkdə təhsil almaq imkanı verən müxtəlif mübadilə proqramlarında iştirak etmək üçün öz rəqibliliklərini artırmış olurlar. 2004-cü ildən bəri 85-dən artıq ölkədə 95000 tələbə EAMP proqramında iştirak edib.

Azərbaycanda EAMP proqramı 1500-dən çox üzvü olan Azərbaycan İngilis Dili Müəllimlər Assosiasiyası (AZETA) tərəfindən idarə olunur. Bütün EAMP müəllimləri bu sahədə ən azı beş il iş təcrübəsinə malik olan müəllimlərdir. EAMP proqramı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.
XS
SM
MD
LG