Accessibility links

İngiltərə COVID-19-la əlaqəli məhdudiyyətləri ləğv edib


İngiltərədə bazar ertəsi COVID-19-a qarşı mübarizə aparmaq üçün tətbiq olunan maska taxmaq və sosial məsafəni qorumaq kimi bütün qaydaları ləğv edilib və bu günü şərti olaraq İngiltərədə Azadlıq günü elan edilib.

Məhdudiyyətlər COVID-19-un Delta variantının artması fonunda ləğv edilib. Azadlıq günü Britaniyanın Səhiyyə naziri Sajid Cavid COVID-19-a yoluxduğu üçün özünü təcrid edib.

Digər tərəfdən Milli Səhiyyə Xidməti bildirir ki, Britaniyanın Baş naziri Boris Conson və Maliyyə naziri Rishi Sunak COVID-19 test nəticəsi müsbət çıxmış şəxslə ünsiyyətdə olub.

Milli Səhiyyə Xidməti tərəfindən xəbərdarlıq alan şəxslərin özünü təcridə salması gözlənilir. Conson və Sunakın pilot proqramla əlaqəli görüşdə iştirak etmələri gözlənilsə də, lakin ictimai tərəfindən narazılıqlardan sonra bunun əksinə qərar veriblər.

Bu arada, Tailandda hökümətin COVID-19 pandemiyası ilə mübarizəsindən narazı olan şəxslər bazar günü paytaxt Banqkokda nümayiş keçirərkən polislə toqquşub.

Paytaxt və ölkənin digər yerlərindəki etirazlarçılar hökuməti bu yaxınlarda beşdən çox insanın kütləvi toplantılarda iştirakına qadağa qoymasına qarşı çıxıb.

Con Hopkins Universitetinin koronavirus resurs mərkəzinin məlumatına görə, qlobal səviyyədə 190.4 milyon çox insan COVID-19-a yoluxub. Bazar günü dünyada xəstəlikdən ölənlərin sayı isə 4 milyona çatıb. Mərkəzin məlumatına görə, bu günə qədər 3.6 milyarddan çox peyvənd tətbiq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG