Accessibility links

Bu gün səhər Londonda insanların nəqliyyatdan çox istifadə etdiyi saatlarda qatarda partlayış barədə məlumat daxil olduqdan sonra silahlı polis zabitləri Parsons Green adlı yeraltı metro stansiyasına enib.

Mətbuatda deyilir ki, partlayış sərnişinlərdə yanıq yaralarına və metroda çaxnaşmaya səbəb olub. 22 nəfərin xəsarət aldığı bildirib.

Terrorizm əleyhinə mənbələr insidenti terror hadisəsi kimi qiymətləndirib.

Hücum bu il Britaniyada həyata keçirilən 5-ci terror hadisəsidir.

Britaniyanın baş naziri Teresa Mey sakinləri təmkinə səsləsə də, təhlükəsizlik vəziyyətinin ağır olaraq qaldığını bildirib.

London meri Sadiq Xan bəyanatla çıxış edərək bildirib ki, biz terrorçular tərəfindən nə qorxudula, nə də məğlub ediləcəyik.

Metropoliten polisi Tviterdə Londonun qərb regionunda, hadisə baş verən yerdə çox sayda avadanlığın və mütəxəssislərin olduğunu yazıb.

Londonun təcili yardım xidməti hadisə ilə əlaqədar çox sayda təcili yardım maşınlarının əraziyə göndərildiyini bildirib.

Qatarın içərisində çəkilən foto-şəkillərdə supermarket alış-veriş çantasının içində ağ rəngdə plastik vedrə, alov izləri və naqillər görmək olur. Hadisə ilə bağlı araşdırmalar davam edir.

ABŞ prezidenti Donald Tramp hücumu qınayaraq, terror əməllərinə əl atanları "xəstə" adlandırıb.

XS
SM
MD
LG