Accessibility links

"Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir"


ABŞ Dövlət Departamenti "İnsan Alveri" ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycan insan alverinə görə "2 Dərəcəli" ölkələr sırasında yer alıb. 2016-cı il İnsan Alveri hesabatının Azərbaycanla bağlı hissəsini sizə ixtisarla təqdim edirik:

Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir. Kişilər, qadınlar və uşaqlar məcburi əməyə və ya seks alverinə məruz qalırlar. Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanda məcburi əməyə məruz qalırlar. Azərbaycanlı qadın və uşaqlar isə ölkə daxilində habelə Türkiyə, Rusiya və BƏƏ-də seks alverinə məruz qalırlar. Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan, Ukraynadan gələn insanlar üçün əmək və seks alverinin təyinat ölkəsidir. Türkiyə, Avropa, Cənubi və Mərkəzi Asiya ölkələrindən gələn miqrant işçilər Azərbaycanda məcburi əməyə məruz qalırlar. Öncəki illərdə də Azərbaycan Mərkəzi Asiyadan BƏƏ, Türkiyə və İrana insan qaçırmaq üçün tranzit ölkə olub.

Ölkə daxilində bəzi uşaqlar əsasən də qaraçılar məcburi dilənçiliyə məruz qalır və yol kənarında satışa, eləcə də çay evləri ilə şadlıq evlərində işləməyə məcbur edilirlər. Filippinli qurbanlar isə ev qulluqçuluğuna məruz qoyulurlar.

Azərbaycan höküməti insan alverinin qarşısının alınması üçün lazımi minimum standartlara cavab vermir, lakin bunu etmək üçün ciddi səylər göstərir. Son il ərzində hökümət insan alveri ilə bağlı istintaqların sayını artırıb, əmək və seks qaçaqçılarına ağır cəzalar verib. Buna baxmyaraq hökümət insan alveri qurbanlarını reabilitasiya və reinteqrasiya (cəmiyyətə qazandırlma) xidmətləri ilə təmin edən QHT-ləri ardıcıl olaraq üçüncü ildə adekvat maddi dəstəklə təmin etməyib.

Mənbələr hökümətin insan alverçilərini müəyyən etməyə yardım etmək üçün qurbanlara təzyiq göstərdiyini bildirir. Bunu etməkdən imtina edən qurbanlar isə digərləri kimi eyni dərəcədə dəstək və qayğı almayıb.

TƏQİB

Hökümət insan alverinə qarşı hüquq-mühafizə səylərini davam etdirib. 2015-ci ildə hökümət 29 potensial seks və əmək alveri halı ilə bağlı təhqiqat aparıb. Vətəndaş cəmiyyəti hökümətin təlimləri Dəliyyə Nazirliyi tərəfindən institutlaşdırılmaqla ilkin müdaxilə edənlərin imkanlarını artırdığı bildirir. Hökümət prokuror və hakimlərin təlimi ilə bağlı heş bir məlumat paylaşmayıb.

MÜDAFİƏ

Hökümət qurbanları müəyyən edib, yardım etmək səylərini artırsa da, QHT-lər üçüncü il ardıcıl olaraq kifatə qədər maddi yardım almayıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Bakıda bir sığınacaq idarə edir. Amma sığınacaq ağır mühafizə olunur və insan alveri qurbanlarını sığınacağı tərk etmək azadlığı ilə təmin olunmayıb. Ekspertlər bu sığınacaqlarda qurbanlar üçün adekvat qayğının olmadığını deyir. Hökümət dövlət tərəfindən idarə olunan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzlərinə 44 min manat pul ayırıb, buna baxmayaraq bu pul mərkəzlərdə işçi sayının artırmaq üçün kifayət etməyib.

Hökümət 2015-ci il ərzində 40 insan alveri qrubanını sığınacaq və digər yardımla təmin edən QHT-lərə heç bir maddi yardım verməyib. İnsan alveri qrubanlarını ev, tibbi yardım, iş və hüquqi yardımla təmin edən bu müəssisələr kifayət qədər maliyəşəldirlimir.Bu səbəbdən də sığınacaq işçiləri qurbanlara könüllü olaraq yardım edib.

QARŞISININ ALINMASI

Hökümət insan alverinin qarşısını almaq səylərini artırıb. 2014-2018 milli hərəkat planı 2015-ci ildə də həyata keçirilib. Hökümət ölkənin insan alverinə qarşı mübarizə səylərinin illik dəyərlərdirilmə hesabatını ictimaiyyətlə paylaşıb. İnsan alverinə qarşı mübarizə koordinatoru hökümətin bu sahədə gördüyü işləri 2016-ci ilin aprelində parlamentə təqdim edib. 2015-ci ilin aprelin 15 Nazirlər Kabineti insan alverinə məruz qalma ehtiamlı yüksək olan miqrantlar üçün sosial xidmətlərin genişləndirilməsinə qərar verib.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzləri 20 regionda 600-dən çox insana maariləndirmə kampaniyaları aparıb. Gənclər və İdman Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 53 regionda maarifləndirmə kampaniyaları aparıb və sosial media vasitəsi ilə insan alveri ilə bağlı informaiya paylaşıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG