Accessibility links

"Gələcəyə inamı olmayan bu nəsil radikalizmə qarşı zəif olacaq" [Video]


“Qaçqın olmaq adı bir siyasi statusdan daha artıqdır. Bu insanlığa qarşı edilə biləcək ən böyük qəddarlıqdır. Bununla sən insanın əlindən həyatı onun üçün sadəcə dözüləbiləcək deyil, mənalı edəcək bütün cəhətləri almış olursan.”

“İnsan axını” sənədli filmində bildirildiyinə görə hal-hazırda 65 milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Aiy Veyvey dronlara qoşulmuş kameralarla lentə aldığı filmdə insan köçünü səmadan görüntüləyib.

Kinorejissorun dediyinə görə, ölkələr dövrümüzün anomaliyası hesab edilən bu cür insan axınlarının və yeni ölkəyə inteqrasiyasının qarşısını almağa çalışır. Yaxın Şərqdən olan və Yunanıstana getməyə çalışan xeyli sayda qaçqın uzun dəniz səfəri və günlərlə piyada getdikdən sonra Makedoniya sərhədində dayandırılır.

“İnsan axını” bizə kütlələrin necə müharibələrdən, dini təqiblərdən, təbii fəlakətlərdən qaçıq, qurtulmağa çalışdığını göstərir. Aiy Veyvey bu filmlə bizə xəbərdarlıq edir ki, evsiz, ölkəsiz və gələcəyə inamı olmayan bu nəsil ekstremizm və radikalizmə qarşı zəif və həssas olacaq.

XS
SM
MD
LG