Accessibility links

Təşkilatlar Kerrini Çində insan haqları məsələsini qaldırmağa çağırır


Amnesty International və Sərhədsiz Reportyorlar ABŞ dövlət katibinə məktub ünvanlayıb

İnsan haqları qrupları ABŞ xarici işlər naziri Con Kerrini Çinə səfəri zamanı dissidentlərə qarşı rəftarla bağlı məsələləri qaldırmağa çağırıblar. Səfər zamanı müzakirələrin əksər hissəsi Şimali Koreya ilə bağlı olacağı gözlənir.

Amnesty International və Sərhədsiz Reportyorlar daxil olmaqla bir neçə insan haqları qrupu cənab Kerriyə ünvanlanmış məktubda Vaşinqtonun Çinlə qarşılıqlı iqtisadi maraqları və Şimali Koreya ilə bağlı məsələləri insan haqları problemindən üstün tutmasından narahat olduqlarını ifadə ediblər.

Məktubda həmçinin deyilir ki, Çin insan haqları ilə bağlı tələblərə müqavimət göstərsə də xaricdən olan təzyiqlərə adətən reaksiya verir.

Məktub Çin hökümətini daxili tənqidçilərə təzyiqin artırmaqda, Tibet və Sincanda təqibləri davam etdirməkdə, ifadə və internet azadlığını sərt şəkildə məhdudlaşdırmaqda günahlandırır.

Təşkilatlar aydın edir ki, Kerrinin səfəri Çinə Vaşinqton-Pekin münasibətlərinin insan haqlarına hörmətdən asılı olduğunu çatdırmaq üçün yaxşı fürsətdir.
XS
SM
MD
LG