“Biz tam inanırıq ki, elə bir mühit yaratmalıyıq ki, insanlar orada etiqad azadlığına mətbuat azadlığına, fikir ayrılığı azadlığına malik olsunlar, və öz ölkələrində şəxsiyyətlərinə uyğun şəkildə yaşaya bilsinlər.”
Dünyanın bir çox ölkələrində dini azlıqlar təqiblərlə üzləşir; etnik təmizləmələr baş verir; insan haqları pozulur, və artan terrorizm təhlükəsi mövcuddur. Birləşmiş Ştatlar bu hallara diqqət yetirməyi özünə borc bilir.
İnanırıq ki, fərqli fikir söyləməyin normal olduğunu göstərməklə, mətbuat azadlığına malik olmaqla, ibadət etmək yaxud etməmək hüququna malik olmaqla biz nümunə yarada bilərik.
Dövlət Katibi və administrasiyanın başqa üzvləri xarici dövlət başçıları ilə görüşlərində insan haqları məsələsini qaldırırlar.
Biz inanırıq ki, demokratiya nümunəsini göstərməklə, fərqli fikir söyləməyin normal olduğunu göstərməklə, mətbuat azadlığına malik olmaqla, ibadət etmək yaxud etməmək hüququna malik olmaqla biz nümunə yarada bilərik.
Biz həmçinin istəyirik ki, dünya boyu dözülməz vəziyyətdə yaşayan insanlar Birləşmiş Ştatların sizlərə həyan olduğunu bilsinlər, və bilsinlər ki, biz sizi dinləyirik və sizin üçün mübarizə aparmaqda davam edəcəyik.”