Accessibility links

Orduxan Teymurxan yenə yaxınlarının saxlandığını deyir


Orduxan Temurxan
Orduxan Temurxan

Avropada yaşayan mühacir bloger Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyevin saxlandığı bildirilir.

Bu barədə Orduxan Teymurxanın özü bildirib.

Onun dediyinə görə, 19 yaşlı Tural Əliyev Bakı Dövlət Universitetinin kimya fakültəsində oxuyur. Orduxan Teymurxan vurğulayıb ki, Tural Əliyev universitetdən qayıdanda yolda saxlanılıb.

“Yoldan zorla aparılıb. Deyirlər, 2 ay müddətinə inzibati qaydada həbs ediblər. Hansı maddə ilə həbs olunduğu bilinmir”.

Bu deyilənləri, hələlik, hüquq mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bundan əvvəl də Orduxan Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilirdi.

Bu ilin fevral ayında Orduxan Teymurxanın yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi. O zaman da deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Orduxan Teymurxan vurğulamışdı ki, Avropada fəaliyyəti ilə bağlı Azərbaycanda onun yaxınlarını incidirlər. Son həftələr Orduxan Teymurxan və Azərbaycandan mühacirət edən bəzi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevin nümunəsində “ Diktatoru tanıdaq” aksiyası keçiriblər.

Mühacirlərin oxşar şikayəti ilə bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bir müddət öncə bildirmişdilər ki, Azərbaycanda heç kimin siyasi əqidəsinə görə qohumları incidilmir.

Orduxan Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən iksindən başqa hamsının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Qərarda iddia olunurdu ki, Səbuhi Zeynalov və Xanlar Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın əsassız oldiuğunu düşünürlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG