Accessibility links

BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın öhdəliklərini müzakirə edib


Sentyabrın 20-də BMT-nin Cenevrədəki mənzil-qərargahında İnsan Hüquqları Şurasının iclasında təşkilatın Azərbaycan üzrə öhdəliklərinin yerinə yetirilməsi müzakirə olunub.

Hökumətin adından xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edib. O, Azərbaycanda insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Əsasən Azərbaycanda beynəlxalq təşkilatların tövsiyələrinin icrası üzrə Məşvərət Şurasının yaradılmasına hazırlıq haqda məlumat verib.

İclasda iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynovun sözlərinə görə çıxış edənlərin çoxu qeyd edib ki, Azərbaycan tövsiyələri yerinə yetirməyib.

"Artikl 19" təşkilatının nümayəndəsi bir sıra beynəlxalq təşkilatın adından xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin işi olduqca məhdudlaşdırılıb, xarici donorlara işləməyə imkan verilmir, hakimiyyət vəkillərə və QHT-lərə təzyiqləri artırır, jurnalistləri və hökuməti tənqid edən şəxsləri həbsxanadan buraxmırlar.

Öz növbəsində E.Hüseynov hesab edir ki, yaradılan Məşvərət Şurasında müstəqil QHT nümayəndələri də təmsil olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG