Accessibility links

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda müzakirələr aparıb


Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndə heyəti (CPT) Bakıda Azərbaycanın yüksək vəzifəli nümayəndələri ilə danışıqlar aparıb.

Avropa Şurasının məlumatına görə, görüşlər 31 may - 1 iyun tarixlərində keçirilib, CPT və Azərbaycan hakimiyyəti arasında əməkdaşlığın vəziyyəti müzakirə olunub. Xüsusən, Azərbaycan hüquq-mühafizə orqanlarında uzunmüddətli tövsiyələrin həyata keçirilməsi müzakirə olunub.

Danışıqlar CPT-nin 2015-2018-ci illərdə səfərləri zamanı öyrəndiyi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və digər amansız davranış formaları ilə bağlı bəzi şikayətlərin araşdırılmasınını ətraflı müzakirə etməyə imkan verib.

CPT nümayəndələri bu işləri hər bir hadisə üzrə bilavasitə məsul olan prokurorlar və müstəntiqlərlə müzakirə ediblər.

Azərbaycan hakimiyyəti həmçinin CPT-yə prezidentin "Penitensiar sahədə fəaliyyətin nizamlanması, cəza siyasətinin humanistləşdirilməsi, habelə cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin və prosessual tədbirlərin tətbiqinin genişləndirilməsi haqqında" sərəncamının həyata keçirilməsi barədə məlumat verib.

Nümayəndə heyətinin üzvləri daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, baş prokurorun birinci müavini Rüstəm Usubov, habelə prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovla görüşüb, deyə məlumatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG