Accessibility links

“Siyasi məhbuslara azadlıq!” ittifaqı yaradılıb


Siyasi məhbuslar

Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı yaradılıb - "Siyasi məhbuslara azadlıq!" İttifaqı. Bu barədə yeni qurumun məlumatında deyilir.

Sənəddə xatırladılır ki, Azərbaycanda siyasi məhbuslarla bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2013-ci ilin yanvar sessiyasının uğursuz qətnaməsindən sonra ölkədə hüquq müdafiəçilərinə, jurnalistlərə, ictimai-siyasi fəallara qarşı kütləvi təqib, təzyiq, həbslər və repressiyalar başlayıb.

Əgər bu gün Belarusda 2, 147 milyonluq Rusiyada 195 siyasi məhbus varsa, Azərbaycanda 150 siyasi məhbus var.

"Hazırda vətəndaş cəmiyyətinin, geyri-hökumət təşkilatlarının, KİV-ın azad və müstəqil fəaliyyətinə heç bir şərait yoxdur. Siyasi məhbusların sayı artmaqda davam edir", sənəddə deyilir.

Əgər bu gün Belarusda 2, 147 milyonluq Rusiyada 195 siyasi məhbus varsa, Azərbaycanda 150 siyasi məhbus var.

"Siyasi Məhbuslara Azadlıq!" İttifaqının əsas məramlarından biri beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbusların vəziyyəti və davam etməkdə olan repressiyalar barədə geniş şəkildə məlumatlandırmaqdır", Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Qurum aparıcı beynəlxalq təşkilatları məlumatlandırmaq, Avropa Şurasında siyasi məhbuslarla bağlı vəziyyət haqda dinləmələr təşkil etmək, Avropa İttifaqının İnsan Hüquqları üzrə Komitəsini (Human Rights Division, European External Action Service - EEAS) Azərbaycandakı siyasi məhbuslar barədə məlumatlandırmaq niyyətindədir.

Leyla Yunus
Leyla Yunus

Bundan əlavə, Azərbaycandakı siyasi məhbusların azadlığı naminə AŞPA və Avropa Parlamentində "dəstək qruplarının" təşkilinə nail olmaq niyyətindədir.

Yeni qurumun təsisçiləri sırasında Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri), Eldəniz Quliyev (Azərbaycan Ziyalilar Birliyinin sədri), Hilal Məmmədov ("Tolışi Sədo" qəzetinin baş redaktoru) var.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri və tənqidləri qəbul etmir. Rəsmi Bakı bütün fundamental azadlıqların təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi əqidəsinə, fikirlərinə görə heç kimin həbs edilmədiyini bildirir.

XS
SM
MD
LG