Accessibility links

İnsultu müalicə edən cihaz [Video]


İnsultu müalicə edən cihaz
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Rik Arnold üç dəfə insult keçirib və bədəninin sağ tərəfi paraliç olub. Onun sağalması üçün şans çox az olub. O, xəstəliyi ağır olduğunda həyat yoldaşına həyatdan ancaq bir şey istədiyini deyib.

Rik Arnold: "Mənim istədiyim tək şey, onun əllərini yenidən tuta bilməkdir - əvvəllər olduğu kimi, onun əlini tutmaq."

Beləliklə Arnold Dr. Erik Leuthardtdan kömək istəyib.

St.Luisdə yerləşən Vaşinqton Universitetinin nevrocərrahı Arnold kimilərin həyatını dəyişdirəcək cihaz üzərində işləyir.

O deyir ki, beyinin bir tərəfi bədənin o biri tərəfinə nəzarət edə bilirsə, o zaman beyinin o biri tərəfinə siqnallar yerləşdirərək ruhla beyin arasında əlaqəni bərpa etmək olar.

Dr. Erik Leutardt: "Biz beyinin zədələnməmiş tərəfindən siqnallar götürərək, onların şifrələrini hərəkət üçün açırıq. Onlar hərəkət edə bilməsələr belə, onların hərəkət etmək istəklərinin olduğunu bilirik."

Arnold cihazı qoluna bağlayır və hərəkət etməyi düşündüyündə cihaz kompyuterləşdirilmiş – eksoskeleton- təchizatına tutub və əlini qaldırmağı deyir.

Cihaz yol nəzarətçisi kimi işləyir. Beyindən gələn informasiyanı ələ və yenidən geri beyinə yönləndirir. Cihaz beynin təbii qabiliyyətini zədədən sonra özünü bərpa üçün gücləndirir.

Dr. Erik Leutardt: "Rikin insultundan 3-4 il keçməsinə baxmayaraq, biz onun beyin sxeminə yenidən təlim keçməyi bacardıq."

Arnold yeni texnologiyanın faydalarından yararlanır.

Rik Arnold: "Hər gün mənim üçün bayramdır. Hər şey işləyir. Hər şey öz yerini istədiyiniz kimi tapır. Mən hamının düşündüyündən daha çox məsafə qət etmişəm."

Arnold kimi insult qurbanları müalicə prosesində çoxlu maneələrlə üzləşirlər. Ancaq yeni texnologiyanın köməyi ilə onlar artıq sevdiklərinin əlini yenidən tutmağı bacaracaqlar.

XS
SM
MD
LG