Accessibility links

Kəşfiyyat orqanları hesab edir ki, İran hakerlik və sızdırma əməliyyatı vasitəsilə Trampı və Baydeni ləkələməyə can atır


Noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində İranın keçmiş prezident Donald Trampın kampaniyasını hədəf alaraq ABŞ siyasətini alt-üst etmək səyləri standart haker və sızma əməliyyatından xeyli kənara çıxıb.

ABŞ kəşfiyyat rəsmilərinin fikrincə, Tehran Trampın o vaxtkı rəqibi, hazırkı ABŞ prezidenti Co Baydenin kampaniyasını tələyə salmağa çalışıb.

Çərşənbə günü ABŞ kəşfiyyat rəsmiləri tərəfindən yayılan məlumatlar göstərib ki, İranın kiber cinayətkarları Trampın oğurlanmış kampaniya sənədlərini təkcə media təşkilatlarına sızdırmaqla kifayətlənməyərək, həm də onlardan istifadə etməyə çalışa biləcəyinə ümid edərək, onları Bayden kampaniyasının rəsmilərinə çatdırmağa çalışıb.

Federal Təhqiqat Bürosunun Milli Kəşfiyyat Direktoru Ofisi və Kiber-təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliynin məlumatında "İranlı kiber cinayətkarlar iyunun sonu və iyulun əvvəlində prezident Baydenin kampaniyası ilə əlaqəli şəxslərə arzuolunmaz elektron məktublar göndəriblər ki, orada keçmiş prezident Trampın kampaniyasından oğurlanmış, ictimaiyyətə açıq olmayan materialdan götürülmüş mətnlər elektron poçtlarda yer alıb" - deyə, bildirilib.

İranlı hakerlərin oğurlanmış məlumatları ABŞ media qurumlarına satmağa çalışdığı vurğulanaraq, "Hazırda həmin alıcıların cavab verdiyini göstərən heç bir məlumat yoxdur" deyilib.

"Federal Təhqiqat Bürosu bu fəaliyyəti izləyib, qurbanlarla əlaqə saxlayıb və təhdid edənləri təqib etmək, onların fəaliyyətini dayandırmaq üçün təhqiqat və məlumat toplamaqda davam edəcək" - deyə, bəyanatda bildirilib.

Bu ayın əvvəlində ABŞ kəşfiyyat rəsmisi Tehranın "builki seçkilərə təsir etmək üçün keçmişdən daha çox səy göstərdiyi" barədə xəbərdarlıq edib.

Rəsmi bu səyləri "daxili fikir ayrılıqlarını qızışdırmaq və seçicilərin etimadını sarsıtmaq üçün çoxtərəfli yanaşmalar" kimi təsvir edib və səylərə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampa, həmçinin Baydendən sonra Demokratların prezidentliyə namizədi, vitse-prezident Kamala Harrisə hücumların da daxil olduğunu bildirib.

Forum

XS
SM
MD
LG