Accessibility links

Azərbaycan Hökuməti ilə Avropa Komissiyası maliyyə sazişi imzalayıb


Avropa İttifaqı
Avropa İttifaqı

Oktyabrın 25-də Azərbaycan Hökuməti ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramının "Texniki Əməkdaşlıq Mexanizmi Proqramı"nın Maliyyələşdirmə Sazişi imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıb.

"Sazişin məqsədi ölkəmizdə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir", deyə İqtisadiyyat Nazirliyinin qısa məlumatında qeyd edilir.

Proqram çərçivəsində ixracın təşviq olunması, KOS-ların inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcək.

XS
SM
MD
LG