Accessibility links

Kompyuter siçanının ixtiraçısı vəfat edib


ABŞ-da texnologiya sahəsində böyük xidmətləri olmuş alim, kompyuter siçanını ixtira etmiş Duqlas Engelbart 88 yaşında vəfat edib.

Engelbart ilk ixtirasını 1968-cı ildə San Fransisko şəhərində keçirilən kompyuter konfransında tele-körpü vasitəsi ilə nümayiş etdirdiyi zaman ekspertlər onu ayağa qalxaraq alqışlamışdılar. İki il sonra o, kompyuter siçanının ixtirasına görə patent almışdı. Kompyuter siçanının ilk görünüşü iki metal çarxı olan taxta qutudan ibarət idi.

Kompyuter siçanlarının hal-hazırda bütün ofislərdə və bir çox insanların evlərində olmasına baxmayaraq, o,satışa1984-cü ildə Apple şirkətinin Macintosh kompyuterleri ilə birlikdə çıxarılmışdı.

Enqelbart karyerası boyu 20 digər patentin sahibi olmuşdu. İnternet, elektron yazı prosesi və internet səhifələrində linklər vasitəsilə başqa səhifələrə keçidin inkişaf etdirilməsində Daqlas Engelbartın müstəsna xidmətləri olub.
XS
SM
MD
LG