Accessibility links

Tramp iqtisadiyyatın çiçəklənməsinə nizamlayıcı qaydaların ləğvi ilə nail ola biləcəklərini deyir [Video]


Tramp iqtisadiyyatın çiçəklənməsinə nizamlayıcı qaydaların ləğvi ilə nail ola biləcəklərini deyir
please wait

No media source currently available

0:00 0:02:30 0:00

ABŞ prezidenti Donald Tramp iqtisadiyyatın çiçəklənməsinə Amerikaya trilyonlarla dollara başa gələn faydasız nizamlayıcı qaydların ləğv etməklə nail ola biləcəklərini deyir. Cümə axşamı çıxış edən prezident bildirib ki, onun administrasiyası hər yeni nizamlayıcı qayda əvəzinə iki köhnə qayda ləğv etməyə müvəffəq olub. Tənqidçilər isə bu qaydaların bəzilərinin, xüsusilə də İnternet Neytrallığı qaydasının ləğvinə gərə administrasiyanı qınayıb. Onların fikrincə, İnternet Neytrallığının təmin edilməməsi nəhəng kommunikasiya şirkətlərinı daha da gücləndirəcək və adi istifadəçilərə ziyan vuracaq.

Respublikaçıların nəzarət etdiyi Federal Kommunikasiya Komissiyası cümə axşamı əsas telekommunikasiya şirkətlərinə tətbiq edilən internet neytrallığı qaydalarını ləğv edib. Tramp tərəfindən təyin edilən komissiya sədri deyib ki, bu qaydanın ləğvi İnternet məsələlərində federal hökümətin “mikromenecment”inə soy qoyacaq.

“Mən inanıram və ictimai qeydlər də onu göstərir ki, açıq və azad İnterneti qorumaq üçün ən yaxşı yanaşma yumşaq yanaşmadır. Eyni zamanda da, infrasturktur sərmayəsi və innovasiyalar təşviq edilməlidir”

Amma istehlakçıların hüquqlarını müdafiə edənlər və amerikalıların çoxu inanır ki, qaydanın ləğvi zəngin korporasiyaları daha da gücləndirəcək.

“Nə qədər ki, bizim İnternet neytrallığımız var idi, biz korporasiyaların və hətta hökümətin təbliğatı ilə mübarizə apara bilirdik. Bizim açıq və azad İnternetə ehtiyacımız var. Belə ki, məzmunun, sürətin və çıxışın korporativ maraqlarla müəyyən edilməsi zamanı adi insanların maraqları əksər hallarda nəzərə alınmır.”

Federal Kommunikasiya Komissiyasının bu səsküylü qərarı məhkəmələrdə mübahisələndirilə bilər. Lakin prezident Tramp federal nizamlayıcı qaydaların bizneslər və inkişaf üçün pis olduğunu bildirib və onları azaldacağına söz verib. Cümə axşamı o, nə qədər qaydaların ləğv etməli olduqlarını nümayiş etdirib.

“Bu bizim etməli olduğumuz işdir. Burada gördüyüzün 1960-cı ildə olan nizamlayıcı qaydalardır və biz işimizi bitirəndə nizamlayıcı qaydaların sayı 1960-cı ildən də az olacaq. Bununla bizneslər üçün gözəl mühit yaranacaq.”

Tramp deyib ki, o vəzifəsinin icrasına başlayandan bəri artıq xeyli iş görülüb.

“İlk 11 ayımızda biz planlaşdırılmış 1,500 nizamlayıcı qərarı təxirə salmışıq. Bu, indiyədək olan istənilən prezident tərəfindən ediləndən daha çoxdur. Siz səhm bazarına, şirkətlərin çiçəklənməsinə baxanda nəticələri görürsünüz.”

Tramp deyib ki, məhdudiyyətlər Amerika enerji, kömür və avtomobil sənayelərindən, o cümlədən uzunmüddətli infrastruktur layihələrindən götürülüb. Prezident əlavə edib ki, bütün bu səylərə baxmayaraq, ABŞ iqtisadiyyatının qlobal səhnədə rəqabətli olmasına və qazanmasına mane olan köhnə və sərt nizamlayıcı qaydaları ləğv etməyə onilliklər tələb olunacaq.

XS
SM
MD
LG