Accessibility links

İnternet senzurası qlobal səviyyədə artmaqdadır [Video]


İnternet senzurası qlobal səviyyədə artmaqdadır
please wait

No media source currently available

0:00 0:02:04 0:00

İnternet senzurası qlobal səviyyədə artmaqdadır

Freedom House tərəfindən hazırlanan illik hesabat qlobal müstəvidə onlayn əhalinin 87 faizi dəyərləndirilib. Çin son 7 ildir internet azadlığını ən çox məhdudlaşdıran ölkə kimi qeyd olunur.

Türkiyə, Filippin və Venesuela hökumətpərəst ideyaları yaymaq üçün rəqəmsal ordulardan istifadə edən 30 ölkədən bəziləridir.

"Əvvəllər bir çox hökumət həbslər, cəzalar, bloklama və senzura ilə kifayətlənirdi. Lakin bir yerdən sonra onlar anladı ki, bu metodlar kifayət deyil. İndi isə onlar internet öz mesajlarını çatdırmaq üçün alətə çeviriblər və çox zaman bu məlumatlar yalan informasiyalar olur." - deyə, təşkilatın rəhbəri Sanca Kelli bildirib.

Çindəki Tibet və Efiopiyada yerləşən Oromo əraziləri kimi etnik azlıq qruplarının çox yayıldığı ərazilərdə mobil qoşulmalara da güclü təzyiqlər baş verib.

Freedom House hesab edir ki, 2016-cı il prezidentlik kampaniyası zamanı saxta xəbərlərin yayılmasına və namizəd Donald Trampa etiraz edən jurnalistlərin onlayn təqibinə görə Birləşmiş Ştatların İnternet azadlığı indeksində də azalma müşahidə olunub.

Hesabata əsasən, dünyanın dörddə birindən az hissəsi istifadəçi hüquqlarının pozulmadığı, qanuni və azad nitqin zorakı təsirlərə məruz qalmadığı ölkələrdə yaşayır.

XS
SM
MD
LG