Accessibility links

Dünyada internet - Azərbaycan 63-cüdür


İnternet
İnternet

Azərbaycanda genişzolaqlı internet bağlantısının 2,5%-i saniyədə 10 meqabit və daha yüksəkdir. Bu bağlantılar provayder müqavilələrinin 17%-i təşkil edir. Bu barədə BMT yanında Beynəlxalq elektrorabitə İttifaqı ITU-nun hesabatında bildirilir.

Azərbaycan 2013-cü ildə ev təsərrüfatlarının İnternetə qoşulması üzrə inkişaf etməkdə olan ölkələr sırasına daxil edilib və 23-cü yeri (51,5%) tutub. Cənubi Koreya 98,1%-lə birincidir.

İstifadəçi sayına görə Azərbaycan 63-cüdür (58,7%) və İtaliyanı 0,2% keçir. İslandiya 96,5%-lə birincidir. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan 24-cü, Bəhreyn birincidir - 90%.

2017-ci ildə dünya əhalisinin 50%-i smartfon və planşet vasitəsilə İnternet istifadəçisi olacaq. Afrika və Okeaniyanın bəzi ölkələri prosesdən kənar qala bilər.

ITU baş katibi Xamadun Tureyə görə, genişzolaqlı internet inkişafın vacib elementidir.

“Bu, dəbdəbə deyil, onun köməyi ilə səhiyyə, təhsil və s sahələrdə boşluqları doldurmaq olar”, deyə o bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG