Birləşmiş Ştatlarda Genişzolaqlı internet universal deyil. Şəhər və kənd əraziləri arasında uzun zamandır böyük digital uçurum var. Lakin paytaxt Vaşinqtondan dörd saat uzaqlıqda yerləşən kiçik bir şəhərdə isə hətta WiFi-ya belə çıxış yoxdur. Buna səbəb Qərbi Virciniya ştatının Qrin Bank şəhərində dünyanın ən böyük radio teleskopunun yerləşməsidir. Ona görə də, orada Wi-Fi və mikrodalğa kimi elektomaqnit dalğalar yarada bilən hər bir şey qadağan olunub.
Qrin Bankı ziyarət edən hər bir kəs şəhərə yaxınlaşır-yaxınlaşmaz orada istiqaməti tapmağın yeganə yolunun yol hərəkəti işarələrinə əməl etmək olduğunu anlayır. Səbəb isə odur ki, iki kilsə, bir ibtidai məktəb, kitabxana və dünyanın ən böyük radio teleskponunun olduğu bu Qərbi Virciniya şəhərinə yaxınlaşda GPS işləmir.
Şerri Qrin Bankın ən böyük mağazasının meneceridir. O burada dünyaya gəldiyi üçün, WiFi-ın olmaması onu üçün normal bir haldır.
“Bəli, biz fərqliyik. Bir çoxları bizim keçmiş zamanlardakı kimi yaşadığımızı deyir. Amma bu, bizim üçün bu artıq bir həyat tərzidir”, o deyir.
Divarda gördüyünüz bu telefon isə Qrin Bankda yaşayan insanlara zəng etməyin yeganə yoludur.
Burada simsiz texnologiyanın yaratdığı rahat şərait yoxdur. Qrin Bankda zaman sanki 1950-ci illərdə ilişib qalıb. Bunun səbəbi isə 33 min kvadrat kilometrlik sahədə mobil telefon qüllərin yerləşdirilməsinin qadağan olunmasıdır. Şəhər sakinləri üçün isə bu probem deyil, çünki şəhərdə bir çox taksofon var.
Bizim indi teleskop vasitəsilə aldığımız bütün siqnallar kosmik obyektlərdən –ulduzlardan, qalaktikalardan gəlir. Amma hələ ki, yad sivilizasiyalardan heç bir siqnal almamışıq.Riçard Linç
Teleskopa yaxınlaşdıqca məhdudiyyətlər artır. Rəsədxana 16 kilometrlik radisusunda radio ilə idarə olunan cihazlardan, hətta ouncalqardan belə istifadə oluna bilməz. Bu qaydalara isə ciddi şəkildə riayət olunmalıdır.
Conah Bauserman: “Bu cihazla mən teleskopa təsir göstərən hətta ən zəif siqnalları belə müəyyən edə bilərəm.”
Conah Bauserman “texniki” polis kimi fəaliyyət göstərir. O, icazəsiz bir siqnal tutanda, həmin evə gedir və orada qadağan edilmiş cihazların olub-olmadığını yoxlayır. Teleskop işçiləri sarkofaq, yəni daş tabuta bənzər otaqlarda işləyirlər. Bu, elektromaqnit dalğaların otaqdan bayıra çıxmasının qarşısını alır.
“Su buraxmayan sualtı qayıq kimi bu otağı da elektrik sualtı qayığa bənzətmək olar. Elektomaqnit dalğalar nə otağa daxil ola, nə də otaqdan bayıra çıxa bilir”, deyə rəsədxana işçisi Maykl Holstin bildirir.
Bu alimlərin işi radio teleskopa kənar müdaxilənin təsirlərini minimuma endirməkdir. Holstin deyir ki, qadağan edilmiş cihazların teleskopun yanında istifadəsinə həftədə bir dəfə müntəzəm olaraq aparılan yoxlanış zamanı icazə verilir.
Futbol stadionu boyda olan Qrin Bank Teleskopu o qədər həssasdır ki, hətta yad dünyadan belə siqnallar ala bilər.
Teleskop alimləri isə o günü səbirsizliklə gözləyir.
“Bizim indi teleskop vasitəsilə aldığımız bütün siqnallar kosmik obyektlərdən –ulduzlardan, qalaktikalardan gəlir. Amma hələ ki, yad sivilizasiyalardan heç bir siqnal almamışıq", deyə alim Riçard Linç bildirir.
Yerlilər alimlərin etdikləri işə hörmət edir və Wi-Fi olmadan yaşamaqdan da məmnundurlar.
“Biz dostlarımızla görüşmək istəyəndə, onlara şnurlu telefonla zəng edirik…Həm də ekran qarşısında oturmaqdansa, söhbət edirik, balıq tutmağa gedirik, dağa çıxırıq.”
Dünyada baş verən xəbərləri əldə etmək üçün, şəhər sakinləri qəzet oxuyur. Bir nömrəni tapmaq istədiyində Şerri telefon kitabçasına üz tutur. Facebookda vaxt keçirməkdənsə, o, hər gün müştəriləri ilə söhbət edir. Bu şəhərdə hər kəs bir-birini tanıyır, ünsiyyət yolu isə üz-üzə söhbət etməkdir.