Netflix-in “Niyə?-13 səbəb” adlı şousundan sonra intihar və intihar metodlarının online axtarışı son həftələr ciddi şəkildə artıb. Şou yeniyetmə bir qızın intiharından bəhs edir.
Mart ayının 31-də şounun tamaşasından sonrakı 19 gün ərzində Google-da intihar axtarışı 19 faiz artıb. Bu isə 900 min axtarışın 1 milyon 500 minə çatması deməkdir.
Araşdırmalarda özünə qəsd edənlərin sayı deyil, yalnız axtarışların sayı diqqət mərkəzində olub.
Google-da "intiharı necə etmək olar", "intihar etmə" və "özünü öldürmə" kimi yazılar qeydə alınıb.
Psixiatriya üzrə ekspertlərin fikrincə, Netflix belə bir serial çəkməklə qeyri-etik iş görüb. Burada yuxarı sinif şagirdinin həyatına niyə son qoyması ilə bağlı 13 kaset səs yazısı qoyduğundan danışılır.
Bir çoxlarının intiharın təbliği hesab etdikləri bu serialın ikinci mövsümü olacaq.
San Dieqo Dövlət Universitetinin araşdırmaya rəhbərlik etdiyi alimi Con Ayers Netflix-i serialın uşaqlara təsirini əsas götürməklə onu yenidən nəzərdən keçirməyə çağırıb.
"Psixiatrlar ciddi narahatlıqlarını bildirir. Belə ki, Netflix Ümumdünya Səhiyyə Təşkilatının intihar hallarının qarşısının alınmasına dair qaidalarını pozur. Serialdan sonra intiharla bağlı düşüncələrin artması fəlakətli ola bilər.”
"Film istehsalçıları kurslarını dəyişməli, şounu nümayişdən çıxarmalı, ikinci mövsüm təxirə salınmalıdır”- deyə alim bildirib.
Hazırda bütün zorakı səhnələrlə bağlı əvvəlcədən xəbərdarlıq verilir. Netflix bundan əlavə şounun izlənildiyi ölkələrdə intiharla bağlı qaynar xətləri göstərir. Şirkət şounu müdafiə edərək, onun çox mühüm bir məsələni gündəmə gətirdiyini deyir.