Accessibility links

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarusa Paris Olimpiadasına rəsmi dəvət göndərməyəcək


Beynəlxalq Olimpiya Komitəsi cümə axşamı bildirib ki, Rusiya və Belarus 2024-cü ildə Paris Olimpiya Oyunlarına rəsmi dəvət almayacaq. Beynəlxalq Olimpiya Komitəsi cümə axşamı bildirib ki, 200-dən çox milli komanda bu ayın sonunda ənənəvi dəvət aldığı zaman, Rusiya və Belarus 2024-cü il Paris Olimpiadasına rəsmi dəvət almayacaq.

Yay Oyunları və ya Qış Oyunlarının açılışından öncə tam bir il əvvəl dünya boyu bütün milli komandaları tədbirə dəvət etmək Beynəlxalq Olimpiya Komitəsinin ənənəsidir.

Protkola uyğun olaraq verilən bu qərara baxmayaraq, bəzi Rusiya və Belarus idmançıları ölkələrinin Ukraynaya qarşı müharibəsinə baxmayaraq, milli komandaları dəvət edilmədən Parisdə yarışa bilər.

Beynəlxalq Olimpiya Komitəsi cümə axşamı bildirib ki, iyulun 26-da 203 ölkənin milli Olimpiya komitələrinə Parisə dəvətnamələr göndəriləcək.

“Göstərilən səbəblərdən dolayı, Rusiya və Belarus Milli Olimpiya Komitələri, habelə Qvatemalanın Milli Olimpiya Komitəsi istisna olacaq,” Olimpiya qurumu bəyanatında bildirib.

Belarus Milli Olimpiya Komitəsinin prezidenti dövlət lideri Aleksanr Lukaşenkonun oğlu Viktor Lukaşenkodur. Ondan öncə Olimpiya komitəsinin sədri atası olub.

Beynəlxalq Olimpiya Komitəsi ötən il beynəlxalq idman qurumlarını müharibə 17 ay əvvəl başlayandan bir neçə gün sonra Rusiya və Belarusdan olan idmançıları, rəsmiləri və oyunlara ev sahibliyi edən şəhərləri bloklamağa və təcrid etməyə çağırmışdı.

Bu il il isə növbəti Olimpiya Oyunları yaxınlaşdığı bir vaxt, Beynəlxalq Olimpiya Komitəsi həmin idman qurumlarını neytral şəxs olaraq dəyərləndirilən bəzi ruslar və belarusluları Paris üçün seçmə yarışlarında yarışmağa icazə verməyə çağırıb.

Beynəlxalq Olimpiya Komitəsi BOK davamlı olaraq bildirib ki, Rusiya və Belarusu öz tədbirinə ümumiyyətlə dəvət etməməyi də seçə bilər.

Komitə cümə axşamı bildirib ki, “Beynəlxalq Olimpiya Komitəsi bu qərarı müvafiq vaxtda verəcək, öz ixtiyarına əsasən və əvvəlki Olimpiya oyunlarına seçmə yarışlarının nəticələrinə bağlı olmadan qəbul edəcək.”

Hazırda Qvatemalanın Olimpiya Oyunlarında iştirakı hökumətin Milli Olimpiya Komitəsinin müstəqilliyinə müdaxilə etməsi səbəbilə dayandırılıb.

XS
SM
MD
LG