Accessibility links

Rumıniya prezidenti bəşəriyyətə qarşı cinayət işlətməkdə ittiham olunur


Keçmiş kommunist rejimindən sonra ilk Rumıniya prezidenti olan İon İliesku bəşəriyyətə qarşı cinayət işlətməkdə ittiham olunur.

Buna görə o, 15 il həbs cəzasına məhkum edilə bilər.

Keçmiş baş nazir Petre Roman, Rumınya kəşfiyyatının direktoru Virgil Vagureanu və bir sıra keçmiş yüksək vəsifəli məmur eyni ittihamla üzləşib.

1990-cı ilin fevral və iyun aylarında sağçı siyasi qruplar və tələbə fəalları paytaxt Buxarestin mərkəzində düşərgə salaraq keçmiş kommunistlərin istefasını tələb edib.

İndi həmin hadisələrdən düz 27 il ötür.

Azadlıq Radiosu Moldova xodmətinin məlumatına görə, prezident İliesku həmin vaxt tələbə nümayişini dağıtmaq üçün şaxtaçıları paytaxta çağırıb, baş nazir Petre Roman hökuməti onların Buxarestə gəlməsi üçün qatar göndərib.

Sonda etiraz aksiyası iyunun 13-15 arası boğulub, paytaxta gələn minlərlə şaxtaçı müxalifətçilərə hücum edərək, onların partiya büroları və qəzet redaksiyasını dağıdıb.

Həmin vaxt şaxtaçılarla baş verən toqquşmalarada 4 nəfər ölüb, onlarla adam xəsarət alıb, 1000-dən çox adam həbs edilib.

İliesku 1989-cu ildə Rumınya Kommunist partiyasının baş katibi və prezident Nicolay Çauşeskoya qarşı başlanan xalq hərəkatına başçılıq edib.

Onun devrilməsindən sonra milli xilas cəbhəsi yaradıb, 1990-1996-cı illərdə o, Rumınya prezidenti olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG