Apple Computer şirkətinin icad etdiyi yeni cihaz bütün ABŞ boyu satışa çıxarılıb. Elektron malları mağazalarının qarşısında növbəyə dayanan alıcılar bir çox ekspertlərin inqilabi cihaz kimi təsvir etdiyi i-Pad-i almağa can atırdılar. iPad-in toxunma-ekranının diaqonalı 25 santimetrdir. O, mexaniki klaviatura tələb etmir və çəkisi 1 kiloqramdan azdır. iPad vasitəsilə insanlar internetə çıxa, videoya baxa, musiqiyə qulaq asa, oyun oynaya və kitablarin elektron versiyasını oxuya bilərlər. Komputer proqramçıları artıq iPad üçün minlərlə applikasiya hazırlayıblar bu müştəfilərə əvvək noutbuk və ya mobil telefonda görə bildikləri işləri görməkdə kömək edəcək. Əksər tənqidçilər iPad-ə yüksək sürətinə, stilinə və uzun batereya həyatına görə yüksək qiymətlər veriblər. Bəziləri bu cihazın insanların ünsiyyətini, oynama və işləmə yollarını dramatik şəkildə dəyişə biləcəyini güman edir.
iPad vasitəsilə insanlar internetə çıxa, videoya baxa, musiqiyə qulaq asa, oyun oynaya və kitablarin elektron versiyasını oxuya bilərlər