Accessibility links

iPhone 8 ilə bağlı gözləntilər nələrdir? [Video]


iPhone 8 ilə bağlı gözləntilər nələrdir?
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Apple şirkətinin mərhum həm-təsisçisi Stiv Cobsun ilk iPhone təqdim etməsindən 10 il ötür. O zamandan bəri, digər şirkətlərlə rəqabət smartfonlar arasına böyük mübarizəyə çevrilib. Hər smartfon şirkəti digərlərindən daha yaxşı məshul ortaya çıxartmağa çalışır. Samsung və LG artıq bu ilki telefonlarını bazara çıxardığı üçün, iPhone 8 ilə bağlı gözləntilər çox yüksəkdir.

Hər kəs artıq bazara iPhone 7-dən daha qabaqcıl smartfonlar çıxarıb. Ona görə də onlar bir fərq yarada bilmək üçün super-lüks yüksək keyfiyyətli telefon hazırlamalıdırlar.
Nikol Skot

Smartfonun yeni versiyasını istehlakçıların ehtiyacı olan funksiyaları olmadan satışa çıxarmaq yanlış addımıdır.

Bir il öncə çıxan iPhone 7 modeli iPhone 6 ilə müqayisədə bir az yaxşı idi. Ona görə də rəqib firmalar dərhal ondan daha yaxşı smartfonlar istehsal etməyə başladı.

“Hər kəs artıq bazara iPhone 7-dən daha qabaqcıl smartfonlar çıxarıb. Ona görə də onlar bir fərq yarada bilmək üçün super-lüks yüksək keyfiyyətli telefon hazırlamalıdırlar”, deyə Mobile Geeks-dən Nikol Skot bildirir.

Ekspertlər deyir ki, hər şey süni intellektdən asılıdır.

Ötən həftə Berlində keçirilən beynəlxalq elektronika şousunda çinli elektronika nəhəngi Huawei yeni smartfon prosessorunu təqdim edib və onun daha öncə buludun hesabladığı işləri görə bildiyini deyib.

“Biz bunu neytral şəbəkə proessoru adlandırırıq. Bu çox kiçikdir. Amma içində 5,5 milyard tranzistor var”, Huawei-in baş icraçı direktoru Riçard Yu deyib.

Apple-ın Siri və Google-un Assitant proqramları kimi şəxsi köməkçilər bulud hesablamaları vasitəsilə işləyir.

“Əgər bunlar telefonun içində baş versə, gecikmə müddətini azalda və beləcə telefonu daha ağıllı edə bilər”, Skot söyləyir.

Tim Kuk iPhone 7-i açıqlayır
Tim Kuk iPhone 7-i açıqlayır

Bundan əlavə ekspertlər deyir ki, yeni iPhone-un OLED ekranı ola bilər və telefonun batareyası simsiz doldura bilər ki, bu, artıq bir çox telefonda rast gəlinən bir amildir.

Ən böyük irəliləyişlərdən biri isə barmaq izi ilə tanıma sistemini əvəzləyəcək sürətli üz tanıma sisteminin olmasıdır.

Lakin ekspertlər Apple məhsullarının bir başqa vacib amilini də vurğulayır.

“Vacib olan insanlar üçün istifadəsi rahat məhsullar yaratmaqdır. Apple da bunu etməkdə çox müvəffəqdir”, deyə Gadget Match vebsaytından Maykl Coş Villanueva bildirir.

Apple yeni iPhone ilə digər cihazlarını sentyabrın 12-də təqdim edəcək.

XS
SM
MD
LG