Accessibility links

ABŞ Federal Təhqiqat Bürosu ilə iPhone qalmaqalı davam edir


ABŞ Federal Təhqiqat Bürosunun direktoru bildirib ki, agentlik Kaliforniyanın San Bernardino şəhərində terror törətmiş şəxsin iPhone telefonunun kodunu aça bilmək üçün 1 milyon dollar pul xərcləyib.

Londonda təhlükəsizlik forumunda çıxışı zamanı Ceyms Komey deyib ki, baxmayaraq ki, Apple şirkətinə qarşı məhkəmə prosesi dayandırılıb, ictimai təhlükəsizlik məsələsinə dair məhkəmə prosesi hələ də davam edir.

Komey dekabrda Kaliforniyada 14 nəfərin ölümünə səbəb olmuş terror hücumunda iştirak edən şübhəlilərdən birinin telefonundan təhqiqat üçün faydalı məlumat əldə edib-etmədiyi barədə fikir bildirməyib.

FTB-nun müdüri istintaqın davam etdiyini deyib.

XS
SM
MD
LG