Accessibility links

İqbal Ağazadə: Hakimiyyət təlqin edir ki, demokratiya və insan haqları ilə bağlı danışılacaq tək ünvan mənəm [Video-müsahibə]


İqbal Ağazadə: Hakimiyyət təlqin edir ki, demokratiya və insan haqları ilə bağlı danışılacaq tək ünvan mənəm
please wait

No media source currently available

0:00 0:07:48 0:00

İqbal Ağazadə: Hakimiyyət təlqin edir ki, demokratiya və insan haqları ilə bağlı danışılacaq tək ünvan mənəm

Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadənin Amerikanın Səsinə müsahibəsi

Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə Amerikanın Səsinə müsahibəsində qeyri hökumət təşkilatları (QHT) ilə bağlı qanunvericiliyə dəyişikliklər, QHT-lərə qarşı təzyiqlərin səbəbləri, qərb ölkələri və ABŞ donorlarının maliyyələşdirdiyi QHT rəhbərlərinin həbsi, qrantların qeydə alınması ilə bağlı çətinliklərdən danışıb.

Amerikanın Səsi: Milli Məclis xarici donorların Azərbaycan QHT-lərinə qrant ayırması şərtlərini daha da sərtləşdirib. Fikrinizcə “Qrant haqqında” qanuna son illər edilən sərtləşdirici dəyişikliklər nə ilə bağlıdır?

Buna görə də hesab edirəm ki, donorların Azərbaycana gəlişini, o cümlədən də “Qrantlar haqqında” qanunu sərtləşdirməklə QHT-lərin xaricə birbaşa çıxışının qarşısını alırlar.

İqbal Ağazadə: Hesab edirəm ki, bütövlükdə iqtidarın xarici donorların ölkəyə buraxılmaması siyasətinin arxasında hakimiyyətin beynəlxalq təşkilatlarla birbaşa özünün təmas imkanlarının yaradılması və fərqli institutların, fərqli şəxslərin, müxalif olan fərqli düşüncə sahiblərinin birbaşa təmas imkanlarının aradan qaldırılması, onların hökumətdən asılılığını təmin etmək durur. Çünki əks təqdirdə birbaşa əlaqələr nəticə etibarı ilə hakimiyyətin siyasəti ilə üst-üstə düşməyən məqamlar ortaya çıxarır. Bu da hakimiyyətə ciddi şəkildə problem yaradır. Beynəlxalq donorların köməyi ilə işləyən QHT-lər ölkə daxilindəki məlumatları müstəqil və birbaşa şəkildə həmin təşkilatlara verməklə əslində hakimiyyət üçün beynəlxalq aləmdə ciddi problemlər yaradır. Bu xüsusilə seçki məsələsidir, insan hüquqları məsələsidir, iqtisadi azadlıqlardır, mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumatlardır. Buna görə də hesab edirəm ki, donorların Azərbaycana gəlişini, o cümlədən də “Qrantlar haqqında” qanunu sərtləşdirməklə QHT-lərin xaricə birbaşa çıxışının qarşısını alırlar.

Amerikanın Səsi: Xarici donorlar qrant layihəsinin məqsədəuyğunluğu haqqında yerli icra hakimiyyəti orqanından rəy almalıdır. Məsələn, Avropa İttifaqı, Avropa Şurası və digər çoxsaylı təşkilatlar Azərbaycanda siyasi məhbusların olduğunu, seçki hüququnun, söz, mətbuat, toplaşmaq, ədalətli məhkəmə və başqa azadlıqların pozulduğunu bildirir və bu sahənin monitorinqi üçün qrant ayırmaq istəyir. Azərbaycan ali icra hakimiyyəti isə əksini deyir. Bu halda qrantın məqsədəuyğunluğu necə müəyyən ediləcək?

Məndən başqa hər hansı bir QHT və ya vətəndaş cəmiyyətinin nümayəndəsi ilə bu haqda danışmayacaqsınız. Bütün danışıqlar və bazarlıqlar mənimlə aparılacaq.

İqbal Ağazadə: Əslində bu, qrant layihəsinin gerçəkləşməməsi üçün süni maneələrin yaradılmasının ilk şərtidir. Təbii ki, beynəlxalq təşkilatlar təkcə Avropa Birliyi, Avropa Şurası deyil, həm də müstəqil institutlar, fondlardır ki, bu onların Azərbaycana buraxılması şərtlərini məhdudlaşdırır, ağırlaşdırır. Əgər Avropa Şurası və ya Avropa İttifaqı hər hansı məqsədəuyğunluqla bağlı hakimiyyəti inandırsa belə, onların qrantları olduqca aşağıdır. Daha çox müstəqil fondlardır qranlar verən, demokratiyaya dəstək verən, cəmiyyətin demokratikləşməsinə yardım ayıran.

Onların ümumiyyətlə gəlməsinin qarşısı alınır. Hakimiyyət düşünür ki, Avropa İttifaqı və ya Avropa Şurası ilə veriləcək qrantların məqsədəuyğunluğunu bu və ya digər şəkildə aydınlaşdıracaq. Amma tutaq ki, Soros Fondu və ya hansısa digər fond Azərbaycana qrant ayırarsa, bu da demokratikləşmə, insan haqlarının vəziyyəti və seçki məsələlərinin monitorinqinə sərf edilərsə onda bunun məqsədəuyğunluğunu qəbul etməyəcək. Məqsədəuyğunluq qəbul edilməyəndən sonra burada işləyəcək təşkilatlar kifayət qədər az olacaq. Hakimiyyət bu məqsədlər üçün əslində Avropaya, dünyaya bir şeyi təlqin edir ki, demokratiya və insan haqları ilə bağlı danışılacaq tək ünvan mənəm. Məndən başqa hər hansı bir QHT və ya vətəndaş cəmiyyətinin nümayəndəsi ilə bu haqda danışmayacaqsınız. Bütün danışıqlar və bazarlıqlar mənimlə aparılacaq.

Amerikanın Səsi: Son dövrlər qərb və ABŞ donorlarından qrant alan QHT rəhbərləri həbs edilir. Bunun səbəblərini nə ilə izah edərdiniz?

Azərbaycan hakimiyyətindən fərqli şəkildə qərb institutları ilə təmasa keçə biləcək bütün strukturların hamısını yavaş-yavaş sıradan çıxarır ki, qərbə yalnız özünü təqdim etsin.

İqbal Ağazadə: Hakimiyyət beynəlxalq institutlara, xüsusilə qərb dairələrinə mesa veriri ki, mənimlə işləyəcəksiniz, məndən başqa Azərbaycanda işləyə biləcəyiniz institutlar, vətəndaş cəmiyyətləri, siyasi partiyalar və s. olmayacaq. Əgər köhnə dövrlərə fikir versəniz. Mərhum Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən ilk növbədə Əbülfəz Elçibəydən fərqli olaraq əvvəlcə Rusiya yönümlü siyasət sərgiləməyə başladı və ilk hədəfi Rusiya yönümlülər oldu. İndi Azərbaycan hakimiyyət Avrasiya İttifaqında yer almayıb, yəni Rusiyanın yanında yer almayıb qərblə təmaslarını genişləndirmək və Rusiyaya əks coğrafiyada yerini müəyyən edib. Baxmayaraq üzdə hansı danışıqlar gedir. Bütün bunun müqabilində də qərblə danışa biləcək və Azərbaycan hakimiyyətinə alternativ ola biləcək və ya alternativ fikri formalaşdıra biləcək, Azərbaycan hakimiyyətindən fərqli şəkildə qərb institutları ilə təmasa keçə biləcək bütün strukturların hamısını yavaş-yavaş sıradan çıxarır ki, qərbə yalnız özünü təqdim etsin. Qərb yalnız bununla danışıqlar aparsın, qərb yalnız demokratiya və sabitliyin qarantı kimi Azərbaycan hakimiyyətinə üz tutsun.

Fərz edək ki, insan haqları ilə bağlı məsələ bitib, Azərbaycanda insan haqlarının vəziyyəti yaxşıdır və siyasi məhbuslar yoxdur. Beynəlxalq təşkilatların gündəmində olan məsələ nə olacaq? Hər kəsin dərhal cavabı bu olur-seçki!

İkinci tərəfi var. Çox ciddi məqamlardan biridir. Fərz edək ki, insan haqları ilə bağlı məsələ bitib, Azərbaycanda insan haqlarının vəziyyəti yaxşıdır və siyasi məhbuslar yoxdur. Beynəlxalq təşkilatların gündəmində olan məsələ nə olacaq? Hər kəsin dərhal cavabı bu olur-seçki! “Seçki Məcəlləsi” müzakirə olunacaq, demokratik seçki müzakirə predmetinə çevriləcək. Azərbaycan hakimiyyəti seçkilərin müzakirə predmetinə çevrilməməsi üçün insan haqlarının müzakirə edilməsində maraqlıdır. Buna görə də hər kəsin bu istiqamətdə hansı yerdə, rolda olmasından asılı olmayaraq hüquqları məhdudlaşır ki, danışıqlar məcrasını başqa istiqamətə dəyişməsin. Çünki qarşıdakı bələdiyyə, parlament seçkiləri Azərbaycan üçün çox önəmlidir.

Amerikanın Səsi: Nədənsə Azərbaycan hökuməti mediaya qrantlar ayırdıqdan sonra bu sahədə, QHT-lərə qrantlar ayırdıqdan sonra isə həmin sahədə böhranlı geriləmələrlə bağlı həyəcan təbilləri çalınmağa başlayıb. Səbəb nədir? Dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Azərbaycanın beynəlxalq tənqidinin artırılmasınamı xidmət edir?

İki cəbhə var. Bu iki cəbhənin arasında qalanlar artıq savaş halındadırlar və nəticə etibarı ilə də birini qərbə, digərini hakimiyyətə işləyən məqam kimi qeyd edirlər. Arada isə Azərbaycan cəmiyyəti uduzur.

İqbal Ağazadə: Azərbaycan mediasına, o cümlədən də QHT-lərə vəsaitlər ayrılandan sonra çox təəssüflər ki, böyük ələmlər baş verdi. İnsanlar da, təşkilatlar da qran almaq və hakimiyyətin süzgəcindən normal keçmək üçün öz fəaliyyətlərinə bəzi korrektlər etməyə məcbur oldular. O korrektlerin də nəticəsində hakimiyyət seçə bildi, kim işini korrektə edə bilibsə qrant ala bildi, edə bilməyənlər kənarda qaldı. Orada cəbhə açıldı və bu cəbhə açıldığına da görə tənqidlərə tuş gəlməyə başladılar. Əvvəlki illərdə Azərbaycan hökuməti qrant ayırmırdı, hamının müraciət etdiyi yer qərb donorları idi. İndi qərb donorları və Azərbaycan hökumətinin qrantını ayıran QHT-lərə Dövlət Dəstəyi Şurası var. İki cəbhə var. Bu iki cəbhənin arasında qalanlar artıq savaş halındadırlar və nəticə etibarı ilə də birini qərbə, digərini hakimiyyətə işləyən məqam kimi qeyd edirlər. Arada isə Azərbaycan cəmiyyəti uduzur. Bir də QHT nümayəndələrinin əksəriyyəti demokratikləşmə, Azərbaycan cəmiyyətinə daha çox töhfə vermək istiqamətində deyil, bu hadisələrdən sonra sübut olundu ki, şəxsi imkanlarını genişləndirmək üçün istifadə edirlər. Həm hakimiyyətdən, həm də qərb donorlarından vəsait alanlar nəticə etibarı ilə göstərir ki, bu prosesdə səmimi deyillər. Tənqid üçün açıqdırlar, biri hakimiyyət tərəfindən tənqid üçün açıqdır. Biri fərqli fikir nümayəndələri üçün tənqidə açıqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG