Accessibility links

İqlim dəyişikliyinin pinqvinlərə təsiri [Video]


İqlim dəyişikliyinin pinqvinlərə təsiri
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Gələn həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Okean Konfransı başlayır və bu konfransın məqsədi dəniz canlılarını qlobal istilik, ifrat balıqçılıq və çirkləndirmənin yaratdığı təhlüklərdən qorumaq üçün hərəkətə keçməyə dair çağırışlar etməkdir. Amma iqlim dəyişikliyi okeanın bəzi ikonik növlərinə artıq öz təsirini göstərib.

Alimlər səkkiz koloniyadan 54 pinqvini seçiblər və onlar tarixən sardinlə zəngin sularda yem axtarırdıqları vaxt onların hər addımını təqib ediblər.

Onlar doğru yerlərə gedirlər, amma ora çatanda ehtiyacları olan yemi tapmırlar. Biz düşünürük ki, onlar ətraf mühitin yaxşı olduğu yerlərə doğru aparan işarələri təqib edirlər, amma insanların səbəb olduğu mənfi təsirlər sistemi dəyişib. Bu səbəblə də pinqvinlər ekoloji tələyə düşürlər.
Dr. Riçard Şörli

Alimlər pinqvinlərin iqlim dəyişikliyi səbəbilə artıq quruyan yerlərdə yem axtardığını aşkar ediblər.

“Benquelada iqlim dəyişikliyinin səbəb olduğu dəyişiklər mövcuddur. Bu, növlərin şərqə doğru miqrasiya etmələrinə gətirib çıxarıb. Bundan əlavə isə Benguelanın bəzi hissələrində balıqçılığın böyük təsirləri var. Xüsusilə də Namibiada balıq, sardin ehtiyatları məhv olub”, deyə Exeter Universitetindən Dr. Riçard Şörli bildirib.

Tədqiqatçılar deyir ki, pinqvinlər instinktlərinə görə hərəkət edir, iqlim isə onların adaptasiya etmək qabiliyyətinindən daha sürətlə dəyişir.

Dr. Riçard Şörli: “Onlar ilk dəfə suya gedəndə, valideyinləri onlara dəstək vermir, onlar yemin harada olduğunu belə bilmir. Onlar sadəcə təkamül etdirdikləri aşkar etmək qabiliyyətlərinin köməyi ilə bəzi işarələri təqib edirlər. İndi isə pinqvinlər bunu edərək yemin olmadığı yerə gəlib çıxırlar. Bu səbəblə də Afrika pinqvinlərinin ilk illərində həyatda qalmaq şansları artıq çox aşağıdır.”

Bu problemin iki səbəbi var. Birincisi, odur ki, ifrat balıqçılıq nəticəsində sardinlər tükənib. İkincisi isə, isti temperaturlar balıqların daha soyuq yerlərə köçməsinə gətirib çıxarıb.

“Onlar doğru yerlərə gedirlər, amma ora çatanda ehtiyacları olan yemi tapmırlar. Biz düşünürük ki, onlar ətraf mühitin yaxşı olduğu yerlərə doğru aparan işarələri təqib edirlər, amma insanların səbəb olduğu mənfi təsirlər sistemi dəyişib. Bu səbəblə də pinqvinlər ekoloji tələyə düşürlər”, Dr. Şörli deyib.

Pinqvin
Pinqvin

Tədqiqatçılar deyir ki, bu, insanların səbəb olduğu iqlim dəyişikliyinin bir neçə zərərli təsirlərindən biridir.

Dr. Riçard Şörli: “Afrika pinqvinlərinin nəsli kəsilmək təhlükəsi altındadır. Bu pinqvinlərin sayı son 30 ildə 50 faiz azalıb. Bir zamanlar pinqvinlərin ən çox yaşadığı yer sayılan Qərbi Burunda da son 11-12 ildə pinqvinlərin sayı 80 faiz azalıb”.

Şörli deyir ki, bu növləri qorumaq üçün, balıqçılıq dayandırılmalı və dünya boyu yeni böyük konservasiya səylərinə başlanmalıdır.

XS
SM
MD
LG