Accessibility links

İqlim şəraitinin miqrasiyaya təsirləri


İqlim şəraitinin miqrasiyaya təsirləri
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Son araşdırmaların nəticələrinə görə, Ərəb Baharından sonra Şimalı Afrika və Yaxın Şərqdə baş qaldıran kütləvi miqrasiya axınlarına qısmən iqlim dəyişikliyi səbəb olub.

Avstriyanın Beynəlxalq Tətbiqi Sistem İnstitutunun alımlərinin dediyinə görə, iqlim şəraiti bəzən bölgələrdə münaqişələrə, bu isə miqrasiyalara səbəb olur.

2010-cü ildə Ərəb Baharı Yaxın Şərq və Şimalı Afrika boyu yayıldıqca, milyonlarla insan yeni həyat üçün evlərini tərk etməyə başladı.

Tədqiqatçılar miqrasiyanın baş alıb getdiyi bölgələrdə münaqışə ilə iqlim dəyişikliyi arasındakı əlaqənin olduğunu iddia edirlər. Hesabatın müəllifləri bildirir ki, Suriya münaqişəsinin köklərini bölgədəki quraqlıq və su qıtlığı kimi problemlərdə tapmaq mümkündür. Şərqi Anqliya universitetindən Raya Muttarak: “Kənd təsərrüfatı ilə məşğul ola bilməyən insanlar kənd yerlərindən izdihamlı şəhər yerlərinə köçməyə başlayır. İnsanların çox olduğu şəhərlərdə resurslar tükənməyə başlayır və gərginliyə, məhdud resurslar uğrunda mübarizəyə, Suriyada olduğu kimi etnik qütbləşməyə səbəb olur. Yəni bunlar bir-biri ilə bağlıdır.”

Tədqiqat zamanı alimlər sığınacaq üçün mürəciətlərdən və münaqişə bölgələrində ölüm halları ilə bağlı məlumatlardan istifadə edib.

Onlar quraqlıq və yağıntıların həcmi ilə bağlı məlumatlar, habelə əhalinin sayı, etnik müxtəliflik və həmin bölgələrdə demokratiya göstəriciləri kimi digər əlamətləri birləşdirən bir riyazi model hazırlayıb. “Gəlin iqlim dəyişikliyinin münaqişələrə necə təsir etdiyinə baxaq. Biz bir göstəricini dəyərləndirən kimi bu rəqəmdən o biri göstəricini qiymətləndirməkdən ötrü istifadə edirik. Beləliklə, iqlim dəyişikliyinin təsiri nəticəsində münaqişənin getdiyi ölkədən qaçqınlar axını baş verəcəkmi" - deyə, Raya Muttarak bildirir.

Alimlər iqlim dəyişikliyinin hər dəfə münaqişəyə və sığınacaq almaq istəyən miqrantların axınına gətirib çıxarmayacağını vurğulayır. Raya Muttarak “İqlim dəyişikliyinin münaqişə nəticəsində miqrasiyaya təsiri müəyyən ölkələr və müəyyən vaxtlarda spesifik xarakter daşıyır. Yəni iqlim dəyişikliyi nəticəsində münaqişənin baş verməsi demokratiyanın orta səviyyədə olduğu ölkələrdə daha mümkündür.”

Araşdırmanın nəticələri qərbi Asiya regionunda müəyyən bir dövrü əhatə edir. Alimlər ümid edir ki, tədqiqatın nəticələri kəskin iqlim dəyişikliyinin miqrasiya axınına hansı təsir göstərdiyi ilə bağlı qlobal debata töhfə verə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG