Accessibility links

İqlim dəyişikliyinin qəhvə istehsalına təsiri


İqlim dəyişikliyinin qəhvə istehsalına təsiri
please wait

No media source currently available

0:00 0:02:06 0:00

ABŞ-da iqlim dəyişikliyi debatları siyasi səviyyədə aparılır. Lakin fermerlər üçün bu problem reallıq deməkdir. Belə ki, onlar debatlara ehtiyac olmadığını düşünür. Qəhvə istehsalçıları iqlim dəyişikliyinin reallığından ciddi narahatdır.

Səhər qəhvəsi bir çoxları üçün olduqca mühümdür. Bu il Berlində keçirilən Dünya Qəhvə Yarmarkası buna bir sübutdur.

Qəhvə istehsalçılarını birləşdirən iqlim dəyişikliyi problemidir. Bu problem onları işlərindən imtina etməyə vadar edir. Qəhvə üçün münbit şərait olan tropiklərdə ekstrimal hava şəraiti məhsul tədarükünüə ciddi hədə törədirdir.

"İqlim dəyişikliyi xəstəliklərin belə sürətlə yayılmasına yardım edir. İndi yeni xəstəliklər var ki, onlar daha qüvvətlidir. İqlim dəyişikliyi su resurslarının da yerini dəyişir. Qəhvə isə sudan asılı bir bitkidir" - deyə, Qəhvə Assosiasiyasından Yannis Apostolopoulos bildirib.

Havanın istiləşməsi fermerlərə problem olmaqla yanaşı, su qıtlığı digər bir problemdir.


"İqlim dəyişikliyi reallıqdır. Bizə gəldikdə, biz qəhvəni daha yüksək yerlərdə yetişdiririk. Yağışlar və bu kimi digər şeylər baxımından bu, mənfi bir şeydir. Əgər yaxşı qiymətlərlə yaxşı bazar tapsaq, suvarma sistemi ilə iqlim dəyişikliyi ilə balans yarada bilərik" , Qvatemalanın qəhvə ixracçısı Adriana Kabrera deyib.

İqlim dəyişikliyinin yaratdığı gözlənilməz hava şəraiti fermerlərin anlamalı olduğu bir işdir.

"Yaşlı nəsil, köhnə istehsalçılar əvvəllər hər şeyin aydın olduğunu deyir. Yay ya id. Bu, məhsul yığma mövsümü hesab edilirdi. Yağış yağışlı mövsüm demək idi. Yaz yaz idi. İndi isə biz iqlim dəyişikliyi ilə müxtəlif dəyişikliklərlə üzləşirik" , salvadorlu qəhvə fermeri Fransisko Mena bildirib.

Lakin açı qəhvə dadı güclü tələbata malikdir. Belə ki, dünyada hər gün 2.2 milyard fincan qəhvə istehlak edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG