Accessibility links

Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib


Sentyabrın 25-də Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib. 100-dən çox şirkətin və təşkilatın nümayəndələrinin iştirak etdiyi forum Xəzər Siyasi Mərkəzi tərəfindən ABŞ Ticarət Palatası, Azərbaycan, Əfqanıstan, Gürcüstan və Qazaxıstan səfirlikləri ilə birgə təşkil edilib.

AZƏRTAC agentliyinin məlumatına görə forumda Xəzər regionunun siyasi perspektivləri, müxtəlif layihələrin maliyyələşdirilməsi imkanları, bank sektorunun potensialı və normativ-hüquqi bazası nəzərdən keçirilib.

Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti deyib ki, Xəzər regionu ilə ABŞ arasında qarşılıqlı əlaqələri daha da fəallaşdırmaq vaxtı yetişib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın regional əməkdaşlığın inkişafında aparıcı rol oynadığını diqqətə çatdırıb.

“Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün yeni investisiyalar qəbul etməyə hazırdır”, səfir qeyd edib.

Forum işini iki panel iclasında davam etdirib. ABŞ Ticarət Palatasının nümayəndəsi Geri Litmanın moderator olduğu regional perspektivlərə həsr edilmiş paneldə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uells, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi, dövlət katibinin köməkçisinin müavini Corc Kent, Əfqanıstan xarici işlər nazirinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müavini Adela Raz, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili çıxış edib.

Elis Uells bildirib ki, regional iqtisadi əlaqələr Əfqanıstanda və daha geniş regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir.

ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent isə deyib ki, Xəzər regionunda sabitlik zəruridir.

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”, o qeyd edib.

Əfqanıstan xarici işlər nazirinin müavini Adela Raz hesab edir ki, Mərkəzi Asiyada regional inteqrasiya gələcək iqtisadi inkişafın düzgün üsuludur.

Xəzər Siyasi Mərkəzinin Məşvərət Şurasının üzvü Lyuk Koffinin moderator olduğu ikinci panel biznes və investisiyalar mövzusuna həsr edilib. Bu paneldə BP şirkətinin beynəlxalq əlaqələr şöbəsinin Robert Şer, Gürcüstan səfirinin müavini Giorgi Tsikoliya, “OBIE Technologies” şirkətinin biznesin inkişafı üzrə direktoru Bronson Piket, SOCAR prezidentinin müşaviri Murad Heydərov və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta çıxış edib.

Giorgi Tsikoliya qeyd edib ki, Birləşmiş Ştatlar “yumşaq qüvvə” vasitəsilə öz təsirini genişləndirməlidir, ticarət isə məhz belə üsuldur. O deyib ki, yaxın 3-5 ildə region iqtisadiyyatında ABŞ-ın daha fəal iştirakını görəcəyinə ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG