Accessibility links

Manat dollara nisbətdə bahalaşmaqda davam edir


Hərracda manatın orta çəkili məzənnəsi 1.7296 səviyyəsində formalaşıb

Fevralın 14-ü Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7296 səviyyəsində formalaşıb.

Fevralın 9-u bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7301 manat kimi müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Son həftələr manat dollara nisbətən dəyər qazanır.

XS
SM
MD
LG