Accessibility links

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi niyə azalır?


Mərkəzi Bank
Mərkəzi Bank

Avqusun 1-də Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 283,9 milyon ABŞ dolları olub.

Bu, 2015-ci ilin eyni dövrünə nisbətən 4 milyard 338,6 milyon dollar azdır.

Bu barədə AMB-nin açıqladığı statistikada deyilir.

2014-cü ilin sonlarında isə Mərkəzi Bankın ehtiyatları 15 milyard dollara yaxın olub.Həmin dövürlə müqayisədə isə ehtiyatların az qala 4 dəfə azaldığ bəlli olur. Həmin ehtiyatların manatın dəyərdən düşməsinin qarşısını almaqdan ötrü sərf edildiyi bildirilir.

Hazırda valyta hərracına Dövlət Neft Fondu vəsait çıxarır.

Ekspertlər köklü islahatlar olmasa bir müddət sonra Dövlət Neft Fondunu da eyni aqibətin gözlədiyini düşünürlər.

Azərbaycan Mərkəzi Bankından məlumatına görə avqustun 2-nə USD/AZN rəsmi məzənnəsi 1,5883 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, iyulun 29- da USD/AZN rəsmi məzənnəsi 1,5851 manat təşkil edib.

Eyni zamanda Standard & Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqi ilə bağlı yeni proqnozunu açıqlayıb.

Agentlik indiyədək “stabil” qiymətləndirilən proqnozu “neqativ”ə endirib. Proqnozun aşağı salınması ölkə iqtisadiyyatının zəifləməkdə olması ilə izah edilib.

Bu haqda agentliyin press-relizində bildirilir

Agentlik Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib,

“2016-cı ilin 6 ayında Azərbaycan iqtisadiyyatının inkişaf tempi Standard & Poor’s -ün proqnozlaşdırdığından xeyli aşağı olub. Agenlik Azərbaycan iqtisadiyyatının 1 faiz azalacağını güman edirdi, ancaq faktik azalma 3,4 faiz təşkil edib. Standard & Poor’s 2016-cı ildə iqtisadiyyatın daha 3 faiz azalacağını, artımın isə 2017-ci ildə başlaya biləcəyini güman edir. Ancaq artım da böyük çətinliklərlə üzləşəcək”, deyə agentlik qeyd edir.

Standard & Poor’s ehtimal edir ki, 2017-ci ilə proqnozlaşdırılan ortalam 3 faizlik iqtisadi artım əldə edilməzsə, bunun ciddi neqativ nəticələri olacaq. Həyat standartları aşağı düşə, dövlətin fiskal çevikliyi zəifləyə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG