Accessibility links

Mərkəzi Bank: FED-in qərarının manatın məzənnəsinə birbaşa təsiri yoxdur


Mərkəzi Bank (Kollaj-dollar-manat)
Mərkəzi Bank (Kollaj-dollar-manat)

“ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi son qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur".

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB)ın verdiyi məlumatda deyilir .

Federal Ehtiyat Sistemi (FED)
Federal Ehtiyat Sistemi (FED)

Məlumatda deyilir ki, bu proseslərin ölkənin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur:

"Lakin, buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır. Ümumilikdə, ABŞ-ın FED-nin faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur".

Tənzimləyicidən o da bildirilib ki, Azərbaycan kimi ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər: "Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək".

XS
SM
MD
LG