Aprelin 1-dən etibarən Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AzadlıqRadiosuna bildirilib ki, dəyişiklikdən öncə Bakıdan Tbilisiyə kimi gediş haqqı yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda 30,16 manat , kupe vaqonda 44,50 manat və SV vaqonda 83,77 manat olub.
Qurumun mətbuat xidmətindən bildirilib ki, dəyişiklikdən sonra isə gediş haqları plaskart vaqonda 24,54, kupe vaqonda 35,32 və SV vaqonda 58.43 manat olacaq.
İsveçrə frankının Azərbaycan manatına məzənnəsindən asıl olaraq, gediş haqları da dəyişir.