Accessibility links

Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək


Tədbirə Bavariya əyalətlərinin rəsmiləri və bir sıra şirkətləri qatılacaqlar

Mayın 31-i Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək.

Forumun təşkilatçısı Alman-Azərbaycan Xarici Ticarət Palatasıdır.

Bu barədə Palatanın saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, tədbirə Bavariya əyalətlərinin rəsmiləri və bir sıra şirkətləri qatılacaq.

Forumda Almaniya və Azərbaycan müəssisələri arasında 11 sahə üzrə ikitərəfli görüşlərin keçiriləcəyi bildirilir. Bu görüşlər yeni biznes imkanları əldə etmək, yeni layihələri tanıtmaq məqsədi daşıyır.

XS
SM
MD
LG